Ekopublika.az
İlin ilk Çin-Avropa yük qatarı Azərbaycana yola düşdü - FOTO
“Çin Enerji İnşaat Korporasiyası”na (“China Energy Engineering Group”) məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin-Avropa yük qatarı Sian şəhərindən yola düşüb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu, 2026-ci ildə Çindən Transxəzər beynəlxalq nəqliyyat marşrutu və ya Orta Dəhliz vasitəsi ilə yola düşən ilk qatardır.
Yanvarın 1-də yola cıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsi ilə yekunda Bakıya çatacaq.
Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin quruculuğunda fəal iştirakı, habelə dəhlizin üzv tərəfdaşları ilə birgə xərclərin azaldılması və səmərəliliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində mümkün olub. Hazırda Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 15-23 gündən təxminən 11 günədək qısalıb.
Çin-Avropa yük qatarının (Sian) Transxəzər xətti 2019-cu ilin oktyabrında ilk dəfə istifadəyə verilib, 2025-ci ilin noyabrın sonunadək bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)






.jpg)






_(1).jpg)










