Yanacağa görə aksiz dərəcəsi və yol vergisi təsdiqləndi
Bizi izləyin

Ekopublika.az

Yanacağa görə aksiz dərəcəsi və yol vergisi təsdiqləndi

Azərbaycana idxal olunan minik avtomobillərinə, yaxtalara, habelə daxili istehlaka yönəldilən avtomobil yanacağına görə aksiz dərəcələri və yol vergisi müəyyən edilib.


Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda idxal olunan minik avtomobillərinə, yaxtalara görə aksiz dərəcələri, habelə avtomobil yanacağına görə yol vergisi müəyyən edilib. APA-nın verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza aksiz dərəcələri müəyyən edilib. Həmçinin, dəyişikliklərə əsasən, Azərbaycan Respublikası ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə tutulan yol vergisi müəyyən edilib.

Dəyişikliklərə əsasən, minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

Minik avtomobilləri:

mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda - Mühərrikin həcminin hər
kubsantimetrinə görə - 0,20 manat

mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin
həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat


mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda - 1900 manat + mühərrikin
həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat

mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda - 5900 manat + mühərrikin
həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat

mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda - 13900 manat + mühərrikin
həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr - Mühərrikin həcminin hər kubsantimetrinə görə - 3 manat

İdxal olunan platinin hər qramına görə - 2,0 manat;

idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - 0,8 manat;

qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - 1,0 manat;

qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - 1,2 manat;

qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - 1,5 manat;

qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - 1,8 manat;

qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - 2,0 manat;

idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

1 karatdan 2 karatadək olduqda - 2,0;

karatdan 3 karatadək olduqda - 3,0;

3 karatdan 4 karatadək olduqda - 4,0;

4 karatdan 5 karatadək olduqda - 5,0;

5 karatdan yuxarı olduqda - 10,0.”.


Bundan başqa, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə tutulan yol vergisi müəyyən edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.


Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm