Ekopublika.az
Azərbaycan benzini Ermənistan bazarını silkələdi
Son günlər Ermənistanda benzin qiymətlərində ciddi eniş müşahidə olunur. Yerli bazarda baş verən bu dəyişikliklərin əsas səbəbi kimi Azərbaycan mənşəli benzinin idxalı göstərilir.
Publika.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən iri yanacaqdoldurma məntəqələri arasında "Sputnik Ermənistan" tərəfindən sorğu keçirilərək qiymətlərin niyə aşağı düşdüyü araşdırılıb. Məlum olub ki, Azərbaycan benzininin satışından imtina edən bəzi yanacaqdoldurma məntəqələri belə, ümumi bazar təzyiqi fonunda qiymətləri azaltmağa məcbur qalıb.
Hazırda Ermənistana yeni daxil olmuş benzin partiyası Ran Oil və Gulf Armenia yanacaqdoldurma şəbəkələrində satılır. Bu şəbəkələr hakim partiyadan olan deputat Xaçatur Sukiasyana məxsusdur. Digər məntəqələrlə müqayisədə burada qiymətlər xeyli aşağıdır: premium sinif benzin 1 litr üçün 430 drama (təxminən 1 ABŞ dollarından bir qədər çox) təklif olunur.
Qeyd olunur ki, ümumilikdə bazarda qiymətlər 20–30 faiz aşağı düşsə də, Azərbaycan benzininin satıldığı məntəqələrdə eniş daha nəzərəçarpandır.
İqtisadçı Qaqik Makaryan baş verənləri klassik dempinq kimi qiymətləndirmir. Onun sözlərinə görə, Azərbaycan idxalı bazara “kritik qiymət siyasəti” gətirib və bu, rəqabəti kəskinləşdirərək ümumi ucuzlaşmanı şərtləndirib.
(Musavat.com)
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)













_(1).jpg)









