Ekopublika.az
Azərbaycanda qarlı hava bir gündə 400 min manatlıq zərərə səbəb oldu
Azərbaycanda dünən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti nəticəsində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb və ümumi zərərin təxminən 400 min manat olacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.
Qeyd olunub ki, baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 müraciət daxil olub. Onlardan 403-ü "Avtonəqliyyat vasitələrinin icbari sığortası (OSAGO)", 76-sı "KASKO", 4-ü "Daşınmaz əmlakın icbari sığortası", 1-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrədir.
"Hazırda qiymətləndirilmiş 366 hadisədə ehtimal olunan zərər 254 435 manat təşkil edir, qalan 118 hadisənin qiymətləndirilməsi davam edir. Bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta ödənişləri sığorta hadisəsi kimi tanınan müraciətlər üzrə həyata keçiriləcək. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 400 min manata yaxın olacağı ehtimal edilir", - ASA- dan bildirilib.
Məlumata əsasən, hesabat dövründə müraciətlərin 67 %-i Bakı, 33 %-i isə ölkənin digər bölgələrindən daxil olub.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









