Ekopublika.az
Azərbaycanda yetişən bu bitki qızılı geridə qoyur... - Əkən zəngin olur
Zəfəran elə bitkilərdəndir ki, adı çəkilən kimi bahalılıqla assosiasiya olunur. Çəkisinə görə qızılla müqayisə edilməsinin səbəbi isə təkcə qiyməti deyil, arxasında dayanan böyük zəhmətdir. Maraqlıdır ki, bu qiymətli bitki Azərbaycanda da yetişdirilir.
Publika.az "Yeni Sabah"a istinadən xəbər verir ki, zəfəran çiçəyi zahirən sadə görünsə də, onun dəyəri çiçəyin içində gizlənən cəmi üç qırmızı lifdədir. Həmin liflər yalnız əl ilə yığılır və bir kiloqram hazır məhsul üçün yüz minlərlə çiçək toplamaq lazım gəlir. Məhz bu səbəbdən zəfəran dünyada ən bahalı ədviyyatlardan biri hesab olunur.
Bu bitkinin təsiri miqdarı ilə ölçülmür, çox az istifadə olunsa belə, verdiyi rəng və aroma dərhal hiss olunur. Elə buna görə də beynəlxalq bazarlarda zəfəranın qiyməti minlərlə, hətta on minlərlə dollar səviyyəsində dəyişir.
Zəfəran yalnız mətbəxlə məhdudlaşmır. Onun insan orqanizminə müsbət təsirləri, ruh halını yaxşılaşdırması və bərpaedici xüsusiyyətləri uzun illərdir diqqət mərkəzindədir. Bundan başqa, dəriyə qulluq məhsullarında və yüksək səviyyəli restoranların xüsusi yeməklərində də istifadə olunur.
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək


































.jpg)

