Ekopublika.az
Dollar 4 ildən sonra ən aşağı həddə: manatın məzənnəsi necə olacaq?
ABŞ dollarının məzənnəsi əsas valyutalar qarşısında son dörd ilə yaxın dövrün ən aşağı səviyyəsinə düşüb. Belə ki, valyuta 0,4 faiz geriləyərək 2022-ci ilin mart ayından bəri ən aşağı həddə enib.
Bu, nə ilə nəticələnə bilər? Azərbaycana mümkün təsirləri nədən ibarətdir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a bu barədə iqtisadçı Eldəniz Əmirov danışıb. O deyib ki, ABŞ dollarının digər valyutalar qarşısında ucuzlaşmasının əsas səbəbi Prezident Donald Trampın istəyi ilə bağlıdır:
“Ağ Ev sahibi bunu istəyirdi. Hətta buna görə Donald Tramp Federal Ehtiyat Sisteminə (FED) təzyiq göstərir, uçot dərəcəsinin aşağı salınmasını tələb edir. Təxminən 10 gün, bəlkə də bir qədər əvvəl FED rəhbəri ilk dəfə açıq bəyan etdi ki, ABŞ rəhbərliyi ona faiz dərəcələrinin endirilməsi ilə bağlı təzyiq göstərir. Məhz bu amil hazırkı mərhələdə dolların ucuzlaşmasını şərtləndirən başlıca səbəbdir. Bu proses eyni zamanda qızılın qiymətinin artmasında da özünü göstərir”.
İqtisadçı bildirib ki, sözügedən prosesin Azərbaycana mümkün təsirləri demək olar yoxdur:
“Çünki dolların ucuzlaşması və ya bahalaşması sərbəst şəkildə formalaşan valyutalara aiddir. Ölkəmizdə isə manatın məzənnəsini Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edir. Buna tənzimlənən, üzən və ya inzibati üsulla müəyyən edilən məzənnə demək olar – adından asılı olmayaraq mahiyyət dəyişmir. Fakt odur ki, manat dollara qarşı 1,7 nisbətində faktiki olaraq fiksasiya edilib. Dolların digər valyutalar qarşısında bahalaşması və ya ucuzlaşması manatın məzənnəsinə birbaşa təsir göstərmir. Bu dəyişikliklər yalnız manatın üçüncü valyutalara münasibətdə məzənnəsində Azərbaycan üçün müsbət və ya mənfi nəticələr yarada bilər”.
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək


































.jpg)

