Ekopublika.az
Alış-veriş edərkən aldanmayın: Yeni "vergi oyunu" - VİDEO
Bəzi dükanlarda vətəndaşlar nağdsız ödəniş etmək istədikdə onlara fərqli qiymət təklif olunur. Əgər nağd ödəniş edilsə, endirim tətbiq edilir, lakin kartla ödəniş zamanı endirim mümkün olmur.
Publika.az ATV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu, həm qanunsuz, həm də istehlakçı hüquqlarının pozulması hesab oluna bilər.
Hüquqşünas Roman Qaraşov bildirib ki, sahibkarların belə addımları vergi öhdəliklərindən yayınmaq məqsədini güdür və qanunsuzdur. Hər hansı istehlakçıya kassadan qəbzin verilməməsi ilə bağlı Vergi Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.
Ekspert həmçinin qeyd edib ki, nağdsız ödəniş zamanı kartdan-karta köçürmə tələb etmək və endirim verməmək, yalnız vergi öhdəliklərindən yayınmaq deyil, həm də istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı hüquqları haqqında qanunun 7-ci maddəsinə görə, hər bir məhsul üçün yazılı sənəd - kassadan qəbz və ya digər təsdiqedici sənəd verilməlidir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qanunvericilik bütün vətəndaşlara ticarət və xidmət sahələrində bərabər hüquq tanıyır. İstehlakçıların hüquqlarının pozulması hallarında müraciət etmək imkanı mövcuddur.
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı



























_(1).jpg)









