Ekopublika.az
Avropa Birliyi Azərbaycan və Türkiyəyə nə şərt qoydu?
Avropa Birliyi qaz təchizatında şəffaflığı artırmaq üçün qaydaları sərtləşdirir.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, AB-nin yeni EU/261/2026 reqlamentinə əsasən, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarına daxil olan qazın Rusiya mənşəli olmadığını rəsmi sənədlərlə sübut etmək məcburiyyəti tətbiq olunur.
Yeni mexanizmə görə, mənşə təsdiqi qaz AB ərazisinə daxil olmamışdan əvvəl, sərhəd məntəqələrində aparılacaq. Xüsusilə Bolqarıstanda yerləşən Strandzha 1 kimi giriş nöqtələrində sənədlər yoxlanılacaq. Məqsəd Rusiya qazına qarşı tətbiq edilən embarqonun dolayı yollarla aşılmasının qarşısını tam almaqdır.
AB rəsmiləri bildirirlər ki, yeni reqlament təchizat zəncirində izlənəbilənliyi gücləndirəcək, üçüncü ölkələr üzərindən mümkün “rebrendinq” risklərini azaldacaq və enerji bazarında qaydalara əməl olunmasını təmin edəcək. Qaydaların icrası ilə nəzarət prosedurlarının daha sistemli və sərt aparılacağı vurğulanır.
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































