Ekopublika.az
Kreditlərlə bağlı inanılmaz addım: faizsiz götürə biləcəksiniz - Detallar
Azərbaycanda faizsiz kreditlərin verilməsi ilə bağlı hüquqi baza formalaşdırılır. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, ölkədə İslam bankçılığının tətbiqi məqsədilə bir sıra qanunlara dəyişiklik layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Bildirilir ki, yeni mexanizm “İslam pəncərələri” modeli çərçivəsində fəaliyyət göstərəcək. Bu isə yaxın perspektivdə bank sektorunda alternativ maliyyə alətlərinin tətbiqinə imkan yarada bilər.
İslam bankçılığı nədir? Faizsiz kredit məsələsi vətəndaşlara, bankara hansı fayda və risklər yarada bilər?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli danışıb. O deyib ki, İslam bankçılığı maliyyə əməliyyatlarının şəriət prinsiplərinə uyğun şəkildə aparıldığı bank modelidir:
“Bu sistemdə əsas fərq odur ki, pulun üzərinə faiz qoymaq qadağandır. Yəni bank müştəriyə klassik formada faizli kredit vermir. Bunun əvəzinə alış-satış, icarə, tərəfdaşlıq və ya mənfəətin bölüşdürülməsi kimi mexanizmlərdən istifadə olunur. Məsələn, bank müştərinin almaq istədiyi evi və ya avtomobili özü alıb daha sonra müəyyən edilmiş mənfəət payı ilə ona hissə-hissə sata, yaxud sahibkarla ortaq olub əldə olunan qazancı əvvəlcədən razılaşdırılmış nisbətdə bölüşə bilər. Bu model artıq Türkiyə, Pakistan, Malayziya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə müxtəlif formalarda tətbiq olunur. Faizsiz kredit anlayışı əslində “faiz yoxdur” demək olsa da, bu, bankın qazanc əldə etməməsi anlamına gəlmir. Bank mənfəəti başqa mexanizmlərlə, məsələn, malın üzərinə qoyulan əlavə qiymət və ya layihədən pay almaq yolu ilə qazanır”.
İqtisadçı bildirib ki, burada sadəcə gəlir forması faiz deyil, ticarət və ya investisiya mənfəəti kimi rəsmiləşdirilir:
“Vətəndaşlar üçün əsas üstünlük odur ki, dini baxımdan faizə həssas yanaşan insanlar maliyyə xidmətlərinə daha rahat çıxış əldə edərlər. Bundan əlavə, risklərin bölüşdürülməsi prinsipi tətbiq edilərsə, sahibkar zərər olduqda bütün yükü tək daşımaya, müqavilə şərtləri əvvəlcədən daha konkret və şəffaf müəyyən edilə bilər. Amma bu sistemdə bəzi əməliyyatlar daha mürəkkəb müqavilə strukturu tələb edir və hüquqi tənzimləmə yeni olduğu üçün praktikada anlaşılmazlıqlar yarana bilər.
Bank üçün risk odur ki, mənfəət-zərər bölgüsü modelində layihə uğursuz olarsa, o da zərərə ortaq olur. Həmçinin likvidlik və risk idarəetməsi mexanizmləri ənənəvi bankçılıqdan fərqli qurulmalıdır. Ümumilikdə İslam bankçılığı alternativ maliyyə modeli kimi çıxış edir. O, klassik bank sistemini tam əvəz etmir, lakin “İslam pəncərələri” modeli ilə ənənəvi bankların daxilində paralel xidmət kimi fəaliyyət göstərə və maliyyə bazarında seçim imkanlarını artıra bilər”.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar











.jpg)




.jpg)




















