Ekopublika.az
İran qida ixracını dayandırdı: Azərbaycan bazarında qiymətlər artacaq?
İran hökuməti bütün qida və kənd təsərrüfatı məhsullarının ixracının dayandırılması ilə bağlı qərar qəbul edib.
İran mediasının yaydığı məlumata görə, əhalinin əsas, zəruri və həyati əhəmiyyətli mallarla təminatına üstünlük verilməsi ilə əlaqədar sözügedən məhsulların ixracı növbəti qəraradək qadağan edilib.
Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Qeyd edək ki, İran Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkələrin ilk onluğuna daxildir. Bu ölkədən gətirilən məhsullar arasında qida və kənd təsərrüfatı məhsulları da yer alır.
Maraqlıdır, İranın ixraca qoyduğu qadağanın digər ölkələrə, o cümlədən Azərbaycana təsiri ola bilərmi?
İqtisadçı Xalid Kərimli bildirib ki, İran üzərindən həyata keçirilən idxal Azərbaycan üçün qiymət baxımından ən əlverişli variantlardan biri idi:
"Çünki məsafə qısa olduğuna görə daşınma xərcləri daha az olurdu. Həmçinin İran məhsulları sanksiyalar səbəbindən daha ucuz qiymətə əldə edilirdi. Bu məhsullar ölkə daxilində qiymətlərin sabitləşməsinə də kömək edirdi. Nəticə etibarilə, İran məhsulları bazara daha əlverişli və ucuz şərtlərlə təqdim olunurdu. Lakin məhdudiyyətlər tətbiq edildikdə bu, qiymət artımına səbəb ola bilər".
Ekspertlər hesab edirlər ki, İranda baş verənlərin təsiri təkcə bu qadağa ilə məhdudlaşmayacaq. Belə ki, İranın tranzit imkanlarının məhdudlaşması beynəlxalq daşımalar üçün alternativ marşrutların axtarılmasını zəruri edir. Azərbaycanın bir sıra istiqamətlər üzrə ticarətinin İran üzərindən həyata keçirildiyini nəzərə alsaq, bu proses ölkəmiz üçün də aktualdır və qiymətlərə təsir göstərə bilər.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar











.jpg)

.jpg)
























