Ekopublika.az
Müharibə genişlənir: hansı məhsullar bahalaşacaq?
Son zamanlar İranla bağlı regional gərginliklər və müharibə xəbərləri Azərbaycan bazarına da təsir göstərib. Belə ki, İrandan idxal olunan məhsulların qiymətlərində artım müşahidə olunur. Xüsusilə balıq, çərəz, meyvə-tərəvəz kimi məhsullar buna daha çox məruz qalır. Beluqa kimi dəniz məhsullarının qiymətində də 15-20 manatadək artımın qeydə alınması, bazardakı digər məhsullara da təsirin nə qədər geniş ola biləcəyini göstərir.
İran müharibəsi Azərbaycana gətirilən məhsulların qiymətlərinə və idxal həcminə nə dərəcədə təsir edəcək? Hansı məhsullar daha çox bahalaşacaq?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, hərbi gərginlik Azərbaycanda müəyyən idxal olunan məhsulların qiymətlərinə təsir göstərib:
“Müharibə Hörmüz boğazı kimi əsas ticarət yollarında gərginliyə səbəb olduğundan enerji və logistika xərcləri, idxal prosesləri çətinləşib, nəticədə bəzi məhsulların qiymətləri artıb. Dünya bazarında neft və dizel qiymətləri yüksəlir, bu da daşıma xərclərinin artmasına gətirib çıxarır və geniş məhsul qruplarına təsir edir. Dünya Bankı, BVF və xəbər agentlikləri buna görə qlobal qiymət artımlarının riskli olduğunu bildirirlər. Azərbaycanda bazarlarda müşahidə olunan vəziyyətə görə, İrandan gətirilən bəzi məhsulların qiymətləri artıq bahalaşıb və yeni bahalaşma meylləri də gözlənilir”.
A.Nəsirli bildirib ki, bahalaşmanın əsas səbəbi idxalın azalması, gömrük və logistika problemləri, sığorta xərclərinin yüksəlməsi və İran milli valyutasının zəifləməsidir:
“İrandan Azərbaycana idxal edilən əsas məhsullar və onların qiymət davranışı aşağıdakı kimidir:
Ərzaq məhsulları: İran kərə yağı, düyü, xurma, qurudulmuş meyvələr və müxtəlif çərəz növləri bazarda satışda mövcuddur. Bəzi yerlərdə yağın qiyməti əvvəlki ilə nisbətən artaraq 16-18 manatdan yuxarı qalxıb.
Balıq və dəniz məhsulları: İrandan balıq məhsulları da idxal olunur, o cümlədən donmuş balıqlar, beluqa kimi dəniz məhsulları. Bu seqmentdə də qiymət artımı müşahidə edilir.
Meyvə-tərəvəz və qurudulmuş məhsullar: Üzüm, ərik qurusu, müxtəlif quru meyvələr və çərəzlər bazarda mövcuddur və onların qiymətlərində müəyyən qədər bahalaşma var.
Sənaye və gündəlik istifadə malları: İran sənaye məhsulları, tikinti materialları, məişət əşyaları və təmizlik vasitələri də idxal olunur. Bu məhsulların qiymətində artım riski mövcuddur, çünki logistika xərcləri yüksəkdir”.
Akif Nəsirlinin fikrincə, bahalaşmanın səbəblərindən biri odur ki, müharibə və gərginlik idxalda gecikmələr yaradır, gömrükdə problemlər artır, bəzi malların sayı azalır və təklif‑tələb tarazlığı pozulur:
“Bu da nəticədə həm qiymətləri, həm də alternativ idxal xərclərini yüksəldir. Ümumilikdə İran müharibəsi nəticəsində balıq və çərəz məhsulları da daxil olmaqla bir sıra qida və sənaye mallarında qiymət artımı baş verib. Bu təsirin daha genişləndiyi müşahidə olunur. Lakin bazar diversifikasiyası (başqa ölkələrdən idxal) və yerli istehsal bəzi təsirləri yüngülləşdirə bilər”.
-
Region10:28Ramzan Kadırov İrana qarşı çıxdı: Haqsızdır
-
Rəsmi xronika10:18İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış edir
-
Dünya10:06SEPAH elan etdi: “Həqiqi vəd-4” əməliyyatının 40-cı dalğası başladı
-
Sosial09:12“Dərdini danışmaq 12, ailə problemləri 25 manat...” – Bakıda qeyri-adi xidmət - VİDEO
-
Magazin108:24“Toppuş bacı”nın əri: Elə bir yerə çatmışam ki, heç nə kömək etmir - Foto
-
Kriminal08:1017 yaşlı oğlan atasını ov tüfəngi ilə öldürdü
-
Ekopublika.az07:35Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - Siyahı
-
Ekologiya06:16Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video






.jpg)



.webp)
























