Ekopublika.az
Manat əmanətləri ilə bağlı rəsmi məlumat
Bu ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 17,209 milyard manat təşkil edib.
Publika.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artıb.
Bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 11,943 milyard manat, xarici valyuta ilə isə 5,267 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 466,9 milyon manat və ya 4,1%, illik müqayisədə isə 2 milyard manat və ya 20,2% artıb.
Xarici valyuta ilə isə bu göstərici bu ilin fevralın 1-nə olan göstəriciyə nisbətən 75,9 milyon manat və ya 1,5%, illik nisbətdə isə 363,5 milyon manat və ya 7,4% artıb.
Beləliklə, bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakını 6,433 milyard manat və ya 2,3 dəfə üstələyib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı










.jpg)


























