Ekopublika.az
Davos Forumu öz işinə başlayıb
Yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi
illik Dünya İqtisadi Forumu işə başlayıb.
Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi
altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud
durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft
bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən
alovlanması və terror təhlükəsinin artması kimi mövzular
salınıb.
Dünya İqtisadi Forumunun təsisçisi və sədri Klaus Şvab forumdan
öncə jurnalistlərə verdiyi açıqlamada dünyanın yol ayırıcında
durduğunu və problemlərin həlli üçün birgə səylərin göstərilməli
olduğunu vurğulayıb. O, dünyanı əhatə edən problemlərin müzakirə
edilməsi üçün Davos Forumunun mühüm əhəmiyyətə malik olduğunu qeyd
edib.
Hər il olduğu kimi bu il də forumun işində dövlət və hökumət
başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və
qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə
dünyanın 140-dan artıq ölkəsindən 2500-dən artıq nümayəndə
qatılıb.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı