Ekopublika.az
Azərbaycana dollar axını - İlginc səbəb
2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 76 milyon 397 min ABŞ dolları təşkil edib. Musavat.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,4 % azdır. Hesabat dövründə Azərbaycandan ABŞ-ə daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 11,5 %-dən 15,1 %-ə qalxıb.
Publika.az bildirir ki, il ərzində ABŞ-dən Azərbaycana isə fiziki şəxslər 100 milyon 718 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 55 % çoxdur. Hesabat dövründə ABŞ-dən Azərbaycana daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 6 %-dən 8,6 %-ə qalxıb. Azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələri əsasən Rusiya, Türkiyədə yaşayan soydaşlarımız tərəfindən həyata keçirilir.
İqtisadçı-ekspert Xalid Kərimli Musavat.com-a qeyd edib ki, Rusiyadan pul köçürmələrində əhəmiyyətli dərəcədə azalma var. Bununla yanaşı, onun dediyinə görə, ABŞ-dən gələn pul baratları ilə müqayisədə Rusiyadan yenə də 3-4 dəfə çox pul gəlir.
“ABŞ-dən pul köçürmələrində artımın olması o demək deyil ki, orada yaşayan azərbaycanlıların sayı iki dəfə artıb. ABŞ-də yaşayan azərbaycanlılar kiçik biznes, elm və təhsil, maliyyə, IT sahəsində çalışır və ailələrinə pul göndərirlər. Rusiyadan pul köçürmələrin azalmasının səbəbi isə müharibə, sanksiya, ölkədə vəziyyətin pisləşməsidir. Orada yaşayanların bir hissəsinin vəziyyəti o qədər də yaxşı deyil, həm də ödəniş sistemləri ilə bağlı problem var. Sanksiyalar əvvəlki qədər rahat pul göndərməyə imkan vermir”,_ deyə X.Kərimli açıqlayıb.
İqtisadçı vurğulayıb ki, ABŞ-də isə iqtisadi vəziyyət Rusiyadan yaxşıdır:
“Orada azərbaycanlıların sayı tədricən çoxalır və ailələrinə pul göndərə bilirlər. Fərq ondadır ki, Rusiyada soydaşımız çoxdur. Bir sıra amillər isə iqtisadi vəziyyətdən asılıdır. Rusiyada vəziyyət yaxşılaşdıqca pul köçürmələri də çoxalacaq. Başqa ölkədən pul köçürmələri yaxşıdır, ancaq ən yaxşısı elə ölkənin özündə pul qazanmaq imkanının olmasıdır”.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı










.jpg)






.webp)



















