Ekopublika.az
Azərbaycanda yeni mexanizm yaradılır - Borcu olanların diqqətinə!
Azərbaycanda icra məmurlarının hüquqları genişləndiriləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Təklif olunan yeniliklər icra prosesində daha sərt və geniş nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, borcluların yalnız bank hesabları deyil, həm də elektron pul vasitələri və digər maliyyə resursları daha asan şəkildə icra predmetinə çevrilə bilər. Bu isə icra məmurlarının imkanlarını artırmaqla yanaşı, borclular üçün məsuliyyət çərçivəsini də xeyli genişləndirir.
Həmin qanun qüvvəyə mindikdən sonra borclu vətəndaşların öhdəliklərini icra etmələri baş tutacaqmı?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev deyib ki, dəyişikliklərin əsas məqsədi borcluların üzərinə götürdükləri öhdəliklərin icrasını təmin etmək üçün qanunvericilik bazasını təkmilləşdirməkdir:
“Bu dəyişikliklər, eyni zamanda, verdiyi borcu geri ala bilməyən və nəticədə ciddi maddi itkilərlə üzləşən vətəndaşların qanuni maraqlarının qorunmasına və pozulmuş hüquqlarının bərpasına xidmət edir. Hazırda icra olunmamış çoxsaylı icra sənədləri mövcuddur. Bu səbəbdən, icra məmurlarına əlavə səlahiyyətlərin verilməsi onların icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icrasını təmin etmək imkanlarını artıracaq və daha effektiv tədbirlərin görülməsinə şərait yaradacaq”.
A.Quliyevin sözlərinə görə, “Dövlət İcra Məmurları haqqında” Qanunun 8-ci maddəsinə icra məmurlarının bu sahədə fəaliyyətinin daha səmərəli təşkili üçün hüquqlarının genişləndirilməsi təklif olunur:
“Bu təklif parlament tərəfindən qəbul edilərsə, borcluların yalnız bank hesabları deyil, həm də elektron pul vasitələri və digər maliyyə resursları icra predmetinə çevrilə biləcək. Bu isə borcun ödənilməsinin təmin edilməsi üçün əlavə imkanlar yaradacaq”.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı










.jpg)


.webp)























