Ekopublika.az
Son bir ayda ən çox hansı qida məhsulları bahalaşıb?
Qlobal ərzaq qiymətləri indeksi aprel ayında artıb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Bildirilib ki, apreldə qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,6 faiz, illik müqayisədə isə 2 faiz artıb. İndeksdəki artım əsasən bitki yağı qiymətlərinin kəskin bahalaşması ilə əlaqədardır. Hörmüz boğazı böhranı ilə əlaqəli fasilələr səbəbindən taxıl və düyü qiymətlərinin bahalaşması da indeksin artımına səbəb olub. Şəkər və süd məhsullarının azalması indeksdəki artıma qismən təsir göstərə bilib. Ötən ay taxılın qiymət indeksi aylıq müqayisədə 0,8 faiz, illik əsasda 0,4 faiz, o cümlədən buğda qiymətləri 0,8 faiz, qarğıdalı qiymətləri 0,7 faiz, düyünün qiyməti isə 1,9 faiz artıb.
Apreldə bitki yağı qiymət indeksi aylıq müqayisədə 5,9 faiz artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Ət qiymətləri indeksi də aylıq 1,2 faiz, illik müqayisədə 6,4 faiz artaraq rekord göstəriciyə yüksəlib. Süd məhsulları qiymət indeksi isə əvvəlki aya görə 1,1 faiz, illik müqayisədə 21,2 faiz azalıb. Şəkər tozu qiymət indeksi də aylıq müqayisədə 4,7 faiz, illik əsasda 21,2 faiz azalıb.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var








.jpg)
















.jpg)













