Ekopublika.az
500 manatlıq əsginas niyə yoxa çıxıb?
Mərkəzi Bank 500 manat nominallı xatirə pul nişanına niyə az rast gəlinməsinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pul nişanı 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb.
Mərkəzi Bank qeyd edib ki, 500 manat nominallı xatirə pul nişanı ümumilikdə 1 milyon ədəd olmaqla, məhdud sayda istehsal edilərək tədavülə buraxılıb.
"Bu pul nişanı öz nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsi hesab olunur. Mərkəzi Bank tərəfindən məhdud sayda istehsal edilərək tədavülə buraxıldığı üçün sözügedən pul nişanına dövriyyədə digər nominallarla müqayisədə daha az rast gəlinir”.
Tədavüldə olan pul nişanlarının həcmi ilə bağlı məlumatları Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilən “Milli pul nişanları” bölməsindən əldə etmək mümkündür.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi










.jpg)














.jpg)















