Ekopublika.az
Heydər Əsədov Prezidentə hesabat verdi
“İlk növbədə 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdiyinizə
görə Sizə kənd təsərrüfatı işçiləri adından öz dərin
minnətdarlığımızı və ali ehtiramımızı bildirim. Biz böyük
məsuliyyət hissi ilə anlayırıq ki, belə bir qərarın qəbul edilməsi
aqrar sektorun işçilərinə göstərilən böyük etimadla yanaşı, Sizin
qarşınızda olan öhdəliklərimizi layiqincə yerinə yetirmək üçün daha
böyük məsuliyyət yaradır”.
Publika.az xəbər verir ki, bunu yanvarın 27-də Heydər Əliyev
Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına
həsr olunan konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər
Əsədov çıxışında deyib
Nazir bildirib ki, dünyada ilk dəfə Prezident tərəfindən irəli
sürülmüş və ölkəmizin bütün ərazisinin inkişafının yeni keyfiyyət
səviyyəsinə yüksəldilməsini nəzərdə tutan regionların
sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının müvəffəqiyyətlə
icra olunması “vahid milli iqtisadi məkan”ın tarixi nümunəsini
formalaşdırmaqdadır:
“Dünya Bankının məlumat bazasına əsasən Dövlət proqramlarının
həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd
təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9
faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq
olmuşdur. Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu
halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil etmişdir.
Bu illər ərzində milli ərzaq təhlükəsizliyinin təminatı
möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq
məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmış,
meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq
istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını
artırmışdır.
Hesabat ilində kənd təsərrüfatının ümumi məhsulunun faktiki
qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil etmiş, o cümlədən
heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olmuşdur ki, bu
da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son
50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə
əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə
edilməmişdir.
Hesabat ilində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının
əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu
dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq,
291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox
olmuşdur. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz
məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin
müvafiq dövrünə nisbətən 13,5 faiz az olmuş, o cümlədən natural
ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan
məhsullarının idxalının həcmi 47,3 faiz azalmışdır. Bu faktlar
ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində
yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını
göstərir.
H.Əsədov deyib ki, istehsalın intensivləşdirilməsi müasir dövrdə
qlobal inkişafın əsas istiqamətini təşkil edir: “Belə ki, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən
son onilliklər ərzində dünya üzrə əkin sahələri 9 faiz artdığı
halda, bitkiçilik məhsullarının həcmi 2,3 dəfə, dünya üzrə mövcud
mal-qaranın sayı 26 faiz artdığı halda, süd istehsalı 61 faiz
artmışdır. Ölkəmizdə də son 10 ildə eyni tendensiyanın saxlanılması
aqrar siyasətin əsas prinsiplərindən biri olan kənd təsərrüfatının
intensiv metodlarla inkişafının stimullaşdırılması üçün dəfələrlə
verdiyiniz tapşırıqların, eləcə də bu istiqamətdə imzaladığınız
fərman və sərəncamların məntiqi nəticəsidir”.
Nazirin fikrincə, məhz bunların nəticəsidir ki, son illərdə əksər
kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi, ölkədə
kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələmişdir: “Bu
müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin
sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olmuş,
mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4
faiz, süd istehsalında 53 faiz artım əldə olunmuşdur.
Bir il öncə mən bu kürsüdən çıxış edərkən kənd təsərrüfatı
işçilərinin dövlətin bu sahəyə qayğısını yüksək qiymətləndirməklə
bərabər, müasir kənd təsərrüfatı texnikasının dəyərinin bir
hissəsinin dövlət tərəfindən qarşılanması, alınmış texnika ilə
bağlı yaranmış borcların müəyyən hissəsinin dövlət hesabına
ödənilməsi, mineral gübrələrin satış qiymətinə tətbiq edilən dövlət
güzəştinin həcminin artırılması arzusunda olduqlarını ali
diqqətinizə məruzə etmişdim.
Bu gün sonsuz minnətdarlıq hissi ilə qeyd edirəm ki, Sizin
göstərişiniz əsasında kənd təsərrüfatı texnikasının dəyərinin 40
faizinin dövlət tərəfindən qarşılanmasına və satılmış texnika ilə
bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına
silinməsinə, habelə güzəştlə satılan mineral gübrələrin həcminin
hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılmasına və eləcə
də bu mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin
həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə qərar verilmişdir.
Bütün bunlar isə kənd təsərrüfatına göstərilən sistemli dövlət
qayğısının əhəmiyyətli dərəcədə artması ilə bərabər, hətta dünyada
belə güzəştlərin azaldığı bir zamanda Sizin onların yanında
olduğunuzu və Azərbaycan iqtisadiyyatının nə dərəcədə dayanıqlı
olduğunu bir daha göstərir”.
H.Əsədovun sözlərinə görə, dövlət qayğısının artırılmasının
nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri ilə
təminatında yaddaqalan nəticələr olmuşdur: “Belə ki, hesabat ilində
kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş
texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan
kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29
faiz artmışdır. Son ildə alınmış ümumi kənd təsərrüfatı
texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa
ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil etmişdir.
Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş
iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq
heyvanların isə 67 faizi hesabat ilinin payına düşmüşdür.
Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq
edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə
fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30
faiz aşağı qiymətlə əldə edə bilmişlər. Bu da məhsulun maya
dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların
gəlirlərinin artmasına və investisiya imkanlarının
genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstərmişdir.
Bundan əlavə, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri
çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə
görə 20,1 milyon manat, əkin sahələrinin və çoхillik bitkilərin
becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə
51,8 milyon manat yardım verilmişdir.
2014-cü ili ölkəmiz ilə FAO arasında əməkdaşlığın dönüş ili
adlandırmaq olar. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri
arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin yaradılması
üzrə razılıq əldə edilmişdir. İndiyədək yalnız ABŞ, Yaponiya,
Belçika və İsveçrədə mövcud olan belə ofisin ölkəmizdə təsis
edilməsi, qlobal və milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin
edilməsi üzrə Azərbaycan dövlətinin siyasi iradəsindən xəbər
verir.
Dövlət başçısının tapşırığına uyğun olaraq Bakı şəhərində hər həftə
sonları və bayram günləri təşkil edilən yarmarkaların fəaliyyəti
daha da təkmilləşdirilmişdir. Özəl biznes subyektləri ilə
əməkdaşlıq sistemi yaradılaraq iqtisadi tənzimləmə və valyuta
bazarında olduğu kimi ərzaq bazarına natural məhsullarla
“intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də
Yeni il ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu
yaradılmış və qiymət dəyişmələri baş verməmişdir.
FAO-nun hesablamalarına görə, qlobal səviyyədə istehsal həcmini
lazımi səviyyədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrdə kənd
təsərrüfatına tələb olunan illik xalis investisiya qoyuluşu
təqribən 83 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu
investisiyaların 60 faizdən çoxunun məhz kənd təsərrüfatı
istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi zəruri
hesab edilir. Bütün bunlar, Azərbaycan dövlətinin anbar-tədarük və
topdansatış bazar infrastrukturunun inkişafını dəstəkləməklə bağlı
siyasətinin qlobal çağırışlarla tam səsləşdiyini göstərir.
Əvvəldə qeyd etdiyim quraqlıq və əlverişsiz hava şəraiti səbəbindən
toxumçuluq sahəsində yaranmış ciddi problemlərin Sizin
göstərişinizlə dövlət büdcəsindən ayrılan 2,8 milyon manat vəsait
hesabına bir sıra rayonlarda fermerlərə pulsuz toxum verilməsi yolu
ilə qısa müddət ərzində aradan qaldırılması insanların bu sahəyə
olan marağının azalmasına imkan verməmişdir.
Cənab Prezident, fürsətdən istifadə edərək kənd zəhmətkeşlərinin
Sizə olan sonsuz inam və istəyini ifadə edərək aşağıdakı
problemlərin həlli istiqamətində ali diqqətinizi xahiş edirik:
- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar
əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq
tədbirlərin görülməsi;
- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin
etmək məqsədilə Toxum Fondunun yaradılması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor
yağlarına görə yardımların həcminə bir daha baxılması;
- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən
səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul
olunması;
- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq
sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun
olardı.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO