Ekopublika.az
Bayraktar Azərbaycanla imzalanan yeni müqavilədən yazdı
Türkiyə və Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Ərzurum kimi layihələrlə yaradılan əməkdaşlığı Bakı Enerji Həftəsi çərçivəsində bu gün "Abşeron" qazının hasilatı ilə bağlı imzalanan müqavilə daha da irəli aparıb.
Publika.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında yazıb.
"Bakı Enerji Həftəsi çərçivəsində həmçinin həmkarlarımızla və beynəlxalq şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirdik, təşkil edilən sessiyalarda ölkəmizin vizyonunu bölüşdük", - A. Bayraktar əlavə edib.
Bayraktar qeyd edib ki, Türkiyənin etibarlı tərəfdaş kimi əsas prioriteti həm ölkənin, həm də regionun enerji təchizatının təhlükəsizliyinə qalıcı töhfələr verməkdir:
"Bu istiqamətdə regional dayanıqlılığımızı artırmaq üçün təbii qaz və elektrik enerjisi sahələrində qonşularımızla olan bağlantılarımızı gücləndirməyə qətiyyətlə davam edəcəyik".
Xatırladaq ki, iyunun 1-də SOCAR, "TotalEnergies", XRG və BOTAŞ arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsindən hasil olunacaq təbii qazın bir hissəsinin - hasilatın 50 faizinin (30 milyard kub metr) 15 il müddətində Türkiyə bazarına uzunmüddətli satışı üzrə saziş imzalanıb.
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...










.jpg)

.jpg)
.png)










.jpg)














