Ekopublika.az
Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklarda ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı məcburi standartlar tətbiq edəcək.
Publika.az Report-a istinadən xəbər verir ki, bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, AMB PCI DSS standartını (Payment Card Industry Data Security Standard) bütün banklar və ödəniş təşkilatları üçün tətbiq etməyi planlaşdırır: "Ödəniş sahəsində PCI DSS adlı beynəlxalq təhlükəsizlik standartı mövcuddur. Gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırmanın təkcə prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinqi olmayan banklar üçün də hər il məcburi şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Eyni yanaşmanın ödəniş təşkilatlarına da tətbiq olunması planlaşdırılır. Məqsəd maliyyə sektorunda təhlükəsizlik və etibarlılığı daha da artırmaqdır"
AMB rəsmisi qeyd edib ki, məlumatların keyfiyyəti və təmizliyinin təmin edilməsi istiqamətində də işlər aparılır: "Məsələn, KYC və digər sistemlərdə daxil olan məlumatlar digər məlumatlarla uyğun gəlmədikdə, düzgün məlumat müvafiq platformalardan götürülərək dəqiqləşdirilir və səhv məlumat göndərən tərəfə bu barədə dərhal bildiriş göndərilir. Bununla da sektor üzrə məlumatların dəqiqliyinin və təmizliyinin təmin edilməsi hədəflənir".
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə










.jpg)













.jpg)














