Ekopublika.az
Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
Son illərdə 50 yaşdan sonra bəzi ixtisaslar üzrə iş tapmaq xeyli çətinləşib. Belə çətinliklə üzləşənlər bir çox hallarda yeni peşəyə yiyələnməyə çalışırlar.
Təbii ki, belə vəziyyətdə əmək bazarının tələblərini öyrənmək vacibdir. Bazarda ehtiyac olan ixtisaslara yiyələnmək bir qədər çətin olsa da, perspektivlidir.
Aparılan müşahidələr göstərir ki, son 5–7 il ərzində dünyada 50 yaşdan yuxarı şəxslərin peşə dəyişməsi ilə bağlı real nümunələrin sayı artıb və bu hal artıq əmək bazarında nəzərəçarpan tendensiya kimi qiymətləndirilir.
Bəs bizdə bu sahədə vəziyyət necədir?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov açıqlama verib. O bildirib ki, peşəni istənilən vaxt dəyişmək olar:
“Əvvəla, istənilən ixtisasa bu və digər şəkildə ehtiyac var. Əsas odur ki, ixtisasının kamil bilicisi olasan və hər zaman biliklərini, təcrübəni artırasan. Digər tərəfdən yeni peşəyə elə yiyələnməlisən ki, sənə ehtiyac olsun.
Bundan əlavə, yaşlı əməkdaşların yeni sahələrə yönəlməsi bir neçə əsas model üzrə həyata keçirilir. Bunlardan biri yaxın ixtisas sahəsinə keçiddir. Digər model isə eyni peşə daxilində rol dəyişikliyidir. Belə ki, mühəndisin layihə rəhbərinə çevrilməsi və ya idarəetmə funksiyalarını üzərinə götürməsi daha çox müşahidə olunur.
Ümumilikdə, isə əmək bazarında baş verən dəyişikliklər, yeni texnologiyaların inkişafı və insanların daha uzun müddət aktiv çalışmağa maraq göstərməsi 50 yaşdan sonra peşə dəyişikliyini daha real və qəbul edilən seçimə çevirib”.
-
Hadisə22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi







.jpg)




















.jpg)






.jpg)

.jpg)
