Ekopublika.az
Rusiya qapıları Ermənistanın üzünə bağlayır, çünki Azərbaycana arxayındır... - Putinin xüsusi nümayəndəsindən etiraf
Rusiya prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarını Azərbaycandan gələn tədarüklərlə əvəzləmək niyyətində olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, o, müvafiq bəyanatla Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxış edib.
"Ermənistanla itirdiyimizi Azərbaycanla əvəzləyəcəyik, çünki kənd təsərrüfatı sahəsində Azərbaycanın Ermənistandan daha çox şeyə qadir olduğu və daha çox məhsul verdiyi tamamilə aydındır", - deyə Titov vurğulayıb.
Onun qiymətləndirməsinə görə, Azərbaycanın aqrar sektoru daha yüksək potensiala malikdir və böyük həcmdə tədarükü təmin etmək iqtidarındadır, bu isə mövcud şəraitdə onu Rusiya tərəfi üçün daha üstün tərəfdaşa çevirir.
Ermənistanın Avropa İttifaqına mümkün daxil olmasının nəticələrini şərh edən Titov qeyd edib ki, bu addım respublika əhalisi üçün ciddi iqtisadi sarsıntılara səbəb olacaq. Digər amillərlə yanaşı, o, iqtisadi qeyri-sabitlik və qiymətlərin artacağını proqnozlaşdırıb.
Kreml nümayəndəsinin sözlərinə görə, mənfi dəyişikliklər Ermənistan dövlətinin demək olar ki, bütün həyat sahələrinə təsir edəcək. (Oxu.az)
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə










.jpg)













.jpg)














