Ekopublika.az
Bu yerlərdə qiymətlər 15% qalxacaq - Video
Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb.
Publika.az xəbər verir ki, əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.
Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.
Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə tələbatın artması da bu qəsəbələrdəki qiymətləri 10-15 faiz civarında bahalaşdıracaq. Lakin payız aylarında bazarda yenidən 5 faizlik bir enişin qeydə alınacağı ehtimal edilir.
Daha ətraflı “Xəzər Xəbər”in reportajında:
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












_(1).webp)























