Ekopublika.az
Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı
Dünyanın aparıcı banklarından olan “HSBC” ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətini davam etdirərsə və ya geosiyasi risklər artsa, dolların möhkəmlənməsi daha sürətli ola bilər. Bu isə qlobal maliyyə bazarlarına, eləcə də dollarla hesablaşan ölkələrin iqtisadiyyatına təsir göstərə bilər. Belə bir şəraitdə Azərbaycanda dolların məzənnəsi və maliyyə bazarına mümkün təsirlər də yenidən müzakirə mövzusuna çevrilib.
İlin sonuna qədər dollar-manat məzənnəsi ilə bağlı hansı ssenarilər daha real görünür?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli danışıb. O deyib ki, hazırkı şəraitdə ilin sonuna qədər ən real ssenari dollar-manat məzənnəsinin 1,70 səviyyəsində qalmasıdır:
“Azərbaycan Mərkəzi Bankı (AMB) üzən məzənnə rejimi tətbiq etmir. Manatın sabitliyi əsasən ölkənin valyuta ehtiyatları, neft gəlirləri və valyuta bazarına müdaxilə imkanları ilə təmin olunur. Əgər ABŞ-da FED faiz dərəcələrini yüksək səviyyədə saxlasa və dollar qlobal bazarlarda bahalaşsa, bu, bir çox ölkələrin valyutalarına təzyiq göstərər. Lakin bu, avtomatik olaraq manatın ucuzlaşacağı anlamına gəlmir”.
İqtisadçı bildirib ki, Azərbaycanda məzənnəyə təsir edən əsas amillər daxili valyuta bazarında tələb-təklif, neftin qiyməti və Dövlət Neft Fondunun bazara valyuta satışlarıdır:
“Yalnız neft qiymətlərində uzunmüddətli kəskin eniş, ixrac gəlirlərinin əhəmiyyətli azalması və ya xarici iqtisadi şokların güclənməsi halında məzənnə ilə bağlı risklər arta bilər. Hazırkı makroiqtisadi göstəricilər fonunda isə ilin sonunadək dollar-manat məzənnəsində ciddi dəyişiklik gözlənilmir”.
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO


















.jpg)
















