Ekopublika.az
Bakıda eyni ərazidə oxşar evlərin qiymətində kəskin fərq - Səbəb nədir?
Eyni küçə, eyni bina, eyni ölçü və hətta eyni səviyyədə təmir. Amma qiymətlər arasında onminlərlə manat fərq var. Bakının mənzil bazarında son dövrlər daha aydın hiss olunan bu fərqin əsas səbəblərindən biri evin inşasında istifadə edilən materiallar yox, sənədləridir.
Publika.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, çıxarışı olan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcı üçün daha etibarlı hesab olunur. Məhz buna görə də eyni xüsusiyyətlərə malik daşınmaz əmlaklar arasında 40-60 min manatadək qiymət fərqi yarana bilir.
Vətəndaşlar kənardan daha sərfəli görünən müqaviləli mənzillərə də maraq göstərirlər. Bu isə bəzi hallarda onlara baha başa gəlir. Çünki alqı-satqı zamanı hüquqi vəziyyəti tam aydın olmayan əmlakla bağlı sonradan mülkiyyət hüququnun rəsmiləşdirilməsi, satış və digər hüquqi prosedurlarda çətinliklər yarana bilər. Buna görə də mütəxəssislər mənzil alarkən aşağı qiymətin cazibəsinə aldanmamağı, ilk növbədə əmlakın hüquqi vəziyyətini araşdırmağı tövsiyə edirlər.
Daha ətraflı "Xəzər" TV-nin süjetində:
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)















.jpg)













