Ekopublika.az
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Publika.az xəbər verir ki, qərara əsasən, ölkəyə idxal ediləm şərab üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək.
Hazırda ölkəyə idxal edilən şərabların 1 litri üçün 1,4 ABŞ dolları alınır.
Spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar üçün də dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda ölkəyə idxal edilən spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar 1 litri üçün 1 ABŞ dolları alınır.
Azərbaycana idxal edilən konyak, viski, rom, cin və ardıc tinkturası, vodka, likörlə, araq üçün də gömrük rüsumu dəyişib.
Ölkəyə idxal edilən bu alkoqollu içkilər üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 4,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda bu içkilərin 1 litri üçün idxal gömrük rüsumu 2 ABŞ dollarıdır.
Bu qərarlar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir









.jpg)









.jpg)





.jpg)













