Ekopublika.az
Amerikalılar milyarderlər siyahısını ələ keçirdi
Dünyanın ən zəngin insanlarının “Bloomberg” tərəfindən hazırlanan reytinqində ilk 10-luğun tamamını amerikalılar təşkil edib.
Publika.az xəbər verir ki, siyahıya 919 milyard dollar sərvəti ilə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask başçılıq edir.
İkinci pillədə “Google”un həmtəsisçisi Larri Peyc 286 milyard dollar sərvətlə qərarlaşıb. “Amazon”un qurucusu Ceff Bezos isə 274 milyard dollarla üçüncü olub.
İlk onluqda, həmçinin “Google”un həmtəsisçisi Sergey Brin (266 milyard dollar), “Dell”in qurucusu Maykl Dell (245 milyard dollar), “Meta”nın rəhbəri Mark Zukerberq (229 milyard dollar), “Oracle”un həmtəsisçisi Larri Ellison (208 milyard dollar), “Nvidia”nın rəhbəri Jensen Huang (181 milyard dollar), “Microsoft”un sabiq rəhbəri Stiv Balmer (172 milyard dollar) və investor Uorren Baffet (144 milyard dollar) yer alıb.
Beləliklə, “Bloomberg”in 2012-ci ildən hazırladığı reytinqdə ilk dəfə ilk 10 pillənin hamısını ABŞ vətəndaşları tutub. Fransalı milyarder, LVMH qrupunun sahibi Bernard Arnonun sərvətinin 143 milyard dollara düşməsi onun 11-ci pilləyə geriləməsinə səbəb olub. (Axşam.az)
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR






.jpg)



.jpg)

.jpg)

.jpg)



.jpg)





















