Ekopublika.az
1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır.
Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Lent.az-a açıqlama verib. O bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyon 500 min manata qədər dəyişir:
“Bakıdakı bahalı ərazilər paytaxtın Səbail rayonu ərazisində, Zərifə Əliyeva küçəsi, Fəvvarələr meydanı və ətraf ərazilər hesab olunur. Buradakı mənzillərin qiyməti təxminən 1 milyon manatdan 1 milyon 500 min manatadək dəyişir.
İçərişəhər və ona yaxın ərazilərdə mənzillərin qiyməti təxminən 1 milyon manat civarındadır. Badamdarda isə 600 min manatdan 1 milyon manatadək təkliflər mövcuddur.
“28 May” metrostansiyasının ətrafında mənzillərin qiyməti təxminən 550-750 min manat arasında dəyişir. Xətai metrostansiyasının ətrafında, Ağ Şəhər bulvarında və ümumilikdə Ağ Şəhər ərazisində qiymətlər 500-650 min manat arasındadır.
Yusif Səfərov küçəsində mənzillərin qiyməti 500-550 min manat arasında dəyişir. Nərimanov rayonunda, Məmməd Araz küçəsində qiymətlər təxminən 500 min manat civarındadır. Atatürk prospekti və Hüseyn Cavid prospekti kimi ərazilərdə isə mənzillər 450-550 min manat arasında təklif olunur”.
2025-ci ildə apardığımız hesablamalara əsasən, Səbail rayonunda bir sot torpağın orta qiyməti 431 min 743 manat olub. Nərimanov rayonunda bu göstərici 302 min 671 manat, Nəsimi rayonunda 298 min 78 manat, Xətai rayonunda 237 min 322 manat, Yasamal rayonunda isə 206 min 620 manat təşkil edib.
Ötən illə bu il arasında orta qiymət fərqi təxminən 10-15 faizdir.
Torpağın bir sotunun yüksək qiymətə satıldığı bahalı ərazilərdə kirayə mənzillərin qiyməti də müvafiq olaraq yüksək olur. İçərişəhər, Fəvvarələr meydanı, Səbail rayonu və bulvar ətrafında kirayə qiymətləri təxminən 1500 manatdan 4 min manatadək dəyişir.
Premium mənzillər də mövcuddur. Belə mənzillər əsasən xarici iş adamları və səfirlər üçün təklif olunur. Bu mənzillərdə aylıq kirayə qiyməti 5-7 min manatadək yüksələ bilər.
Xətai rayonunda və Ağ Şəhərdə kirayə qiymətləri təxminən 1500-3000 manat arasında dəyişir.
Ümumiyyətlə, torpağın bahalı olması mənzilin qiymətinə təsir göstərən yeganə amil deyil. Tikilinin xüsusiyyətləri də qiymətin formalaşmasında mühüm rol oynayır. Mənzilin premium binada yerləşməsi, standart yaşayış binasında olması və ya köhnə tikiliyə aid edilməsi qiymətlər arasında fərq yaradır”.
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI


































.jpg)

