Ekopublika.az
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir
Xarici onlayn platformalardan alınan bəzi xidmətlərin yekun qiyməti dəyişə bilər.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, yeni qaydaya əsasən, Azərbaycan istifadəçilərinə rəqəmsal xidmət satan qeyri-rezidentin ölkəmizdəki illik dövriyyəsi 10 min dolları keçərsə, həmin şirkət 30 gün ərzində elektron vergi uçotuna alınmalıdır. Tələb xarici platformalara aiddir və yerli sahibkarlar üçün əlavə öhdəlik yaratmır.
Xarici rəqəmsal xidmətlər üzrə 18 faizlik "ƏDV" əvvəllər də tutulurdu. Platforma Azərbaycanda qeydiyyatda olmadıqda vergi ödəniş zamanı istifadəçinin kartından bank tərəfindən çıxılırdı. Yeni mexanizmdə isə ƏDV-ni qeydiyyata alınmış xarici şirkət özü hesablayaraq büdcəyə ödəyəcək. Platforma xidmətin qiymətini dəyişməzsə, istifadəçinin kartından çıxılan yekun məbləğ azala bilər. Vergi xidmətin qiymətinə əlavə olunarsa, bəzi rəqəmsal xidmətlər bahalaşa bilər.
Elektron poçt və digər interaktiv vasitələrlə göstərilən məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətləri, canlı onlayn təlimlər və tədbir biletlərinin internetlə sifarişi isə bu xüsusi mexanizmə daxil edilmir. Beləliklə əsas məqsəd, xarici rəqəmsal xidmət təminatçılarını vergi uçotuna almaq və yerli sahibkarlarla rəqabət şərtlərini yaxınlaşdırmaqdır.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?









.jpg)













.jpg)













