Ekopublika.az
Yeni qaydalar gəlir: Sertifikat tələb olunacaq - Video
Evdə hazırlanan konservləşdirilmiş qida məhsulları satan şəxslərdən sertıfikat tələb olunacaq.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək.
Belə məhsulların satışını həyata keçirənlər isə yeni qaydalarla razılaşmır.
Satıcılar bildirirlər ki, ev şəraitində hazırladıqları məhsullar onların əsas gəlir mənbələrindən biridir. Onların sözlərinə görə, nəzarətin sərtləşdirilməsi satış imkanlarını məhdudlaşdıra bilər. Bölgə bazarlarında apardığımız sorğu zamanı məlum oldu ki, satıcılara bununla bağlı artıq xəbərdarlıq da edilib.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tələblər müəyyənləşdiriləcək. Tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına imkan yaratmaqla yanaşı, bu məhsulların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü








.jpg)


.jpg)






.jpg)
.jpg)



.jpg)















