Ekopublika.az
Bakıda regionun gələcəyi müzakirə edildi: Xəzər, Orta Dəhliz və investisiyalar
Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas drayveri” mövzusunda panel sessiya təşkil edilib.
Publika.az xəbər verir ki, sessiyaya “AnewZ” telekanalının baş redaktorunun müavini Orxan Amaşovun moderatorluq edib.
İqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın əsas platformalarından biri kimi rolunu vurğulayıb. Orta Dəhlizin inkişafı, yaşıl enerji, qarşılıqlı investisiyalar və nəqliyyat sahəsində birgə layihələrin regional iqtisadi inteqrasiyanı gücləndirdiyi qeyd olunub.
Tədbirdə Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Türkdilli Dövlətlər Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin icraçı direktoru Balaş Hendrix, Türkiyənin “Sabancı Holding”in baş icraçı direktoru Kıvanç Zaimler, BƏƏ-nin XRG şirkətinin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev, Gürcüstanın LEPL İnvestisiya Agentliyinin baş icraçı direktoru Mixeil Xidureli, “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev çıxış ediblər.
İştirakçılar Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq platformasının formalaşdırılması, Xəzər regionunda ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, siyasi dialoqun biznes, infrastruktur və institusional əməkdaşlıq üzrə praktiki təşəbbüslərlə tamamlanması barədə fikirlərini bölüşüblər. Müzakirələrdə region ölkələri arasında qarşılıqlı etimadın və iqtisadi əlaqələrin gücləndirilməsi, investisiya və maliyyələşdirmə imkanlarının genişləndirilməsi, özəl sektorun və institusional mexanizmlərin regional əməkdaşlığa töhfəsi, habelə Xəzər hövzəsi üzrə daha sıx iqtisadi inteqrasiyanın təşviqi məsələləri diqqət mərkəzində olub.
Xatırladaq ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı












.jpg)










.jpg)












.jpg)


