Ekopublika.az
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
Xüsusilə diqqətçəkən məqam investisiya gündəliyinin artıq əsasən neft-qaz sektoru ətrafında formalaşmamasıdır. Forumda Orta Dəhliz, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, yaşıl enerji, kapital bazarları, aqrobiznes və kritik xammal kimi istiqamətlərin müzakirə edilməsi Azərbaycanın xarici kapitalı qeyri-neft sektoruna yönəltmək strategiyasını göstərir.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Əyyub Kərimli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu haqda deyib.
"Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələri imzalandı. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir. Göründüyü kimi, əsas məsələ forumların yalnız müzakirə platforması olaraq qalmaması, imzalanan sənədlərin real investisiyaya, yeni istehsal müəssisələrinə, ixrac imkanlarına və iş yerlərinə çevrilməsidir.
Hesab edirəm ki, Azərbaycanın hazırkı mərhələdə əsas üstünlüklərindən biri coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək imkanının artmasıdır. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu şəraitdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yalnız tranzit ölkə kimi deyil, logistika, istehsal, enerji və investisiya mərkəzi kimi mövqeyini gücləndirə bilər.
Növbəti mərhələdə əsas hədəf ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmini artırmaqla yanaşı, onların strukturunu dəyişmək olmalıdır. Daha çox kapital qeyri-neft sənayesinə, emala, yüksək texnologiyalara, logistika və yaşıl enerjiyə yönələrsə, bunun iqtisadiyyat üçün multiplikativ təsiri daha böyük olacaq.
Yəni Bakı forumunun iqtisadi əhəmiyyətini bir cümlə ilə ifadə etsək, Azərbaycan artıq investora yalnız enerji resursları deyil, Avropa ilə Asiya arasında yeni iqtisadi bağlantı, istehsal və logistika platforması təklif etməyə çalışır", - deyə ekspert vurğulayıb.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?








.jpg)


.jpg)







.jpg)












