Ekopublika.az
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
Bakıətrafı bəzi kənd və qəsəbələrə dəmir yolu xəttinin çəkilməsi təkcə nəqliyyat məsələsini həll etməyəcək, həm də əmlak bazarına təsir göstərəcək. 2025-2030-cu illəri əhatə edən Dövlət proqramında nəzərdə tutulan bəzi xətlərin yaxınlığında torpaq və evlərə marağın artacağı gözlənilir.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi həmin ərazilərə marağı artıra bilər.
Adıçəkilən bu qəsəbələrə Dövlət proqramı çərçivəsində 2030-cu ilə qədər sürət qatarının getməsi üçün dəmir yolu xətləri çəkiləcək. Artıq bəzi ərazilərdə işlərə də başlanıb.
Ekspertlər hesab edirlər ki, xüsusilə dəmir yolu stansiyalarına yaxın ərazilərin nəqliyyat baxımından daha əlçatan olması daşınmaz əmlak bazarında yeni qiymət dinamikası yarada bilər.
Nəqliyyat imkanlarının genişlənməsi xüsusilə şəhərdən kənarda daha münasib qiymətə ev və torpaq axtaranlar üçün bu əraziləri cəlbedici edə bilər.
Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, tələb artdıqca qiymətlərdə də ciddi dəyişiklik ehtimalı yaranır.
Yəni şəhər mərkəzindən uzaq hesab olunan bəzi qəsəbələrdə nəqliyyat əlçatanlığı əmlakın qiymətinə təsir edən əsas amillərdən birinə çevrilə bilər. Xüsusilə dəmir yolu stansiyalarına yaxın ərazilərdə qiymət artımının daha nəzərəçarpan olması gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?








.jpg)


.jpg)







.jpg)












