Ekopublika.az
106 milyard rublluq rekord – Vahid Ələkbərov Rusiyada hamını geridə qoydu
Azərbaycan əsilli milyarder, LUKOIL-un qurucusu Vahid Ələkbərov Rusiyada ən böyük dividend gəliri əldə edən iş adamları arasında birinci olub.
Publika.az xəbər verir ki, Forbes-in 2026-cı il üzrə açıqladığı reytinqdə Ələkbərovun dividend gəliri 106,2 milyard rubl qiymətləndirilib. Reytinqdə ümumilikdə 75 nəfər yer alıb.
Siyahıda ikinci yeri NOVATEK rəhbəri Leonid Mixelson və ailəsi tutub. Onların dividend gəliri 87,1 milyard rubl təşkil edib. Gennadi Timçenko isə 71,5 milyard rublla ilk üçlükdə yer alıb.
İlk beşlikdə həmçinin İqor Kesayev 40,5 milyard rubl, Mixail Fridman isə 39,5 milyard rubl dividend gəliri ilə qərarlaşıb.
Maraqlı məqam ondan ibarətdir ki, reytinq 75 nəfərə qədər genişləndirilsə də, siyahıya daxil olan şəxslərin ümumi dividend gəliri əvvəlki dövrlə müqayisədə ciddi azalıb. Ümumi məbləğ 1,194 trilyon rubl olub, əvvəlki göstərici isə 1,769 trilyon rubl idi.
Forbes-in metodologiyasına görə, reytinq əsas əməliyyat aktivlərindən 2025-ci ildə faktiki ödənilmiş dividendləri nəzərə alır. Buna görə siyahı 2026-cı ildə dərc edilsə də, hesablamaların əsasını 2025-ci ildə həyata keçirilmiş dividend ödənişləri təşkil edir. (Musavat.com )
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?








.jpg)


.jpg)







.jpg)












