Ekopublika.az
Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
Bu ilin sentyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində illik artım 14,3 % səviyyəsində qeydə alınıb.
Publika.az bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir.
Məlumata görə, ən yüksək göstərici Səbail rayonunda müşahidə edilib – 22 %. Keçən ilin eyni dövrü ilə müqayisədə Yasamal rayonunda bahalaşma 20,6 %, Xətai rayonunda isə 19 % təşkil edib.
Sentyabr ayı ərzində Nəsimi və Nərimanov rayonlarında yeni tikili mənzillərin qiymətləri 17,8 %, Nizami rayonunda 16,4 %, Binəqədi rayonunda isə 15 % yüksəlib. Qalan rayonlarda qiymət artımı nisbətən mülayim olub. Suraxanıda 9,8 %, Sabunçuda 10 %, Pirallahıda 7,5 %, Xəzər rayonunda 6,1 %, Qaradağ rayonunda isə 5 % bahalaşma qeydə alınıb.
AQC-nin təhlilinə görə, yeni tikili mənzillərdəki qiymət artımına yeni layihələrin coğrafi mövqeyi, tikinti keyfiyyəti, infrastruktur imkanlarına yaxınlıq, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin təklif etdiyi şərait, həmçinin müasir mənzillərə artan tələbat təsir göstərib.
Sentyabr ayında avqust ayı ilə müqayisədə paytaxtda yeni tikili mənzillər üzrə 1,4 %-lik qiymət artımı müşahidə olunub. Avqustla müqayisədə sentyabrda paytaxt rayonları arasında yeni tikili mənzillərdə ən yüksək aylıq bahalaşma yenə Səbail rayonunda qeydə alınıb – 2,15 %. Yasamal rayonunda qiymətlər 2,01 %, Nəsimi və Nərimanov rayonlarında isə 1,74 % artıb.
Ötən ay Xətai rayonunda aylıq qiymət artımı 1,86 %, Nizamidə 1,6 %, Binəqədidə isə 1,47 % olub. Nisbətən aşağı aylıq bahalaşma Sabunçu (0,98 %), Suraxanı (0,96 %), Xəzər (0,6 %), Pirallahı (0,73 %) və Qaradağ (0,49 %) rayonlarında müşahidə edilib.
Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb-təklif nisbətindən, ərazinin xarakterik xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisəli göstəricilər, rayonlararası qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını əsas götürüb. Rayonlar üzrə göstəricilərin hesablanması zamanı ərazilərin bazardakı payı və əhali amili da nəzərə alınıb.
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi



































