Ekopublika.az
Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı
Bu ilin sentyabrında Bakıda qeyri-yaşayış obyektləri üzrə orta illik qiymət artımı ötən ilin eyni ayı ilə müqayisədə 13 % təşkil edib.
Publika.az bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir.
Məlumata görə, ən yüksək artım Səbail rayonunda qeydə alınıb – 27 %. Nəsimi və Nərimanov rayonlarında qeyri-yaşayış obyektlərinin qiyməti 24,3 %, Xətaidə 17 %, Yasamalda 12,6 %, Nizamidə isə 12,4 % artıb.
Ötən ay Xəzər rayonunda artım 10,9 %, Binəqədidə 10,7 %, Suraxanıda 9,0 %, Sabunçuda 7,3 % olub.
Qaradağ rayonunda sentyabrda qiymətlər 5,6 %, Pirallahıda isə 3 % yüksəlib.
AQC-yə görə, bu seqmentdə qiymətlərin formalaşmasında obyektin yerləşdiyi ərazi, piyada və avtomobil axını, kommersiya potensialı, ətraf ərazinin inkişaf səviyyəsi və biznes fəaliyyəti üçün əlverişli şərait əsas rol oynayır.
Avqusta nisbətən isə Bakıda qeyri-yaşayış obyektləri 1,5 % bahalaşıb. Ən yüksək qiymət artımı yenə Səbaildə qeydə alınıb – 2,93 %.
Ötən ay paytaxtın Nəsimi və Nərimanov rayonlarında qiymətlər 2,64 % yüksəlib.
Sentyabrda Xətaidə qiymətlər 1,84 %, Yasamalda 1,37 %, Nizamidə 1,35 % artıb.
Bu müddət ərzində Bakının Xəzər rayonunda artım 1,18 %, Binəqədi isə 1,16 % təşkil edib.
Nisbətən aşağı artım Suraxanıda (0,98 %), Sabunçuda (0,79 %), Qaradağda (0,61 %) və Pirallahıda (0,33 %) müşahidə olunub.
Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb. (Report)
-
Region5 Oktyabr 23:55Türkiyədə sərnişin təyyarəsində bomba xəbərdarlığı: 143 nəfər təxliyə edildi
-
İdman5 Oktyabr 22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal5 Oktyabr 20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman5 Oktyabr 19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az5 Oktyabr 19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin15 Oktyabr 19:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika5 Oktyabr 19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika5 Oktyabr 16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman








.jpg)




.jpg)





.jpg)















.jpg)
