Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırdı
Bizi izləyin

Ekopublika.az

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırdı

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya, sikkələr üzrə ixracının dəyəri 3 milyard 744 milyon 711,63 min dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 dəfə və ya 3 milyard 531 milyon 867,94 min dollar çoxdur.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilib.

Hesabat dövründə Azərbaycan 60 milyon 360,85 min dollar dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya, sikkələr idxal edib ki, bu da illik müqayisədə 62,7 dəfə və ya 3 milyard 721 milyon 796,44 min dollar azalma deməkdir.

Səkkiz ayda təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya, sikkələr üzrə idxal Azərbaycanın ümumi idxalının 0,53 faizini, ümumi ixracının isə 17,17 faizini təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm