Ekopublika.az
Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar - Necə olacaq?
İctimaiyyətdə çörəyin qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Azərbaycanda buğda, un və çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin 2027-ci il yanvarın 1-dən sonra uzadılmaması qiymət artımını gündəmə gətirir. Lakin əhalidə sözügedən müddətin uzadılacağı ilə bağlı gözlənti var.
Bəs Azərbaycanda unun, çörəyin qiymətində artım gözlənilirmi?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, 2027-ci il yanvarın 1-dən taxıl və un məmulatlarına tətbiq edilən ƏDV güzəştinin müddəti başa çatır:
“Əgər güzəştin müddəti uzadılmasa, təbii ki, unun və çörək məhsullarının qiymətində artım olacaq. Məntiqlə, bu, belədir. Çünki əlavə vergi yaranacaq. Ona görə də ümid edirəm ki, bununla bağlı yeni qərar qəbul ediləcək və 2027-ci ildən sonra da ƏDV güzəştinin müddəti uzadılacaq. Ən azı 5 və ya 7 il müddətinə uzadılması daha yaxşı olardı”.
Qeyd edək ki, bununla belə, ictiamiyyətdə və ekspert dairələrində çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı müddətin uzadılacağı və bahalaşma olmayacağı fikri hakimdir.
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər







.jpg)


.png)




























