Ekopublika.az
Azərbaycan bu ölkədən "Aİ-92" markalı benzin tədarük etməyə başladı - Son 16 ildə ilk dəfə
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.
Publika.az xəbər verir ki, "Report" bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən məlumat yayıb.
Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 15 % azdır.
Azərbaycan Gürcüstana 2,77 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,4 dəfə artıb) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1,59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (1 il əvvəl tədarük olmayıb) və Tacikistana 95,7 min ABŞ dolları dəyərində 119,7 ton (1 il əvvəl tədarük olmayıb) benzin satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 2,89 milyon ABŞ dolları dəyərində (-95,5 %) 3 min 919 ton (-95,3 %) "Aİ-92" benzini idxal edib.
Azərbaycan Rusiyadan 2,56 milyon ABŞ dolları dəyərində (-94,7 %) 3 min 414 ton (-94,6 %) və İraqdan 328,3 min ABŞ dolları dəyərində 505,1 ton benzin alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi







































