Ekopublika.az
75 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
Azərbaycanda Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda fəaliyyət göstərən mehmanxana və sanatoriyalara tətbiq olunan 75 faizlik əmlak vergisi güzəşti gələn il başa çatır.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu ərazilərdə mehmanxana və sanatoriya fəaliyyətində istifadə olunan yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılıb.
Beləliklə, güzəştin müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Güzəşt müddəti uzadılmadığı təqdirdə, 2027-ci il yanvarın 1-dən həmin daşınmaz əmlaklara görə əmlak vergisi üzrə 75 faizlik azalma tətbiq edilməyəcək.
Qanunvericilikdə mehmanxana və sanatoriya fəaliyyəti ilə bağlı bu güzəştdən əlavə, müəyyən kateqoriyalara aid əmlak vergisi azadolmaları da nəzərdə tutulur.
İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldıqları tarixdən etibarən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə etdikləri əmlaka görə 7 il müddətinə əmlak vergisindən azaddırlar. Bu güzəşt sənəd alınmazdan əvvəl əldə edilərək sahibkarlıq fəaliyyətində istifadə olunan əmlaka şamil edilmir.
Mikro sahibkarlıq subyekti olan şəxslər də əmlak vergisindən azaddırlar. Lakin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər bu güzəştdən yararlana bilməzlər.
KOB klaster şirkətləri isə müvafiq reyestrə daxil edildikləri tarixdən KOB klaster fəaliyyəti üçün istifadə olunan əmlaka görə 7 il müddətinə əmlak vergisindən azaddırlar.
Bundan başqa, vergi ödəyicisi vergi ili ərzində sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, bu barədə vergi orqanına müəyyən edilmiş formada arayış təqdim etməlidir. Arayış fəaliyyətin və ya əməliyyatların dayandırıldığı gündən gec olmayaraq verilməli və dayandırma müddəti göstərilməlidir.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar






.jpg)









.jpg)


.webp)








.png)






