Ekopublika.az
Gürcüstan Azərbaycandan qaz idxalını azaltdı
Gürcüstanın Azərbaycandan qaz idxalını azaltmasına səbəb bu ölkədə qaz istehlakının azalmasıdır. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Gürcüstanın idxal etdiyi Azərbaycan qazının həcmi tamamilə ölkədəki qaz istehlakından asılıdır: "Gürcüstanda qaz istehlakı artanda bu ölkəyə Azərbaycandan qaz ixracının həcmi də artır. Bu göstəricinin son iki ayda azalması Gürcüstanda qaz istehlakındakı azalma ilə bağlıdır. Qaz nəqli ölkələrimiz arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Gürcüstanın Azərbaycan qazı ilə təchiz olunmasında biz tərəfdən heç bir problem yoxdur”.
Gürcüstan Milli Statistika Xidmətinin hesabatına görə, Gürcüstan 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 67,4 milyon dollar dəyərində (neft ekvivalentində) 319,85 min ton təbii qaz idxal edib.
Azərbaycan Gürcüstanın bu sahədə əsas tərəfdaşıdır və bu ölkənin qaz idxalatının 66,2 faizini qarşılayır.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?