Ekopublika.az
Rusiya Bakıda gəmilərin tikintisinin texniki müşahidəsini aparacaq
Rusiya Dəniz Gəmiçilik Reyestri (RG) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bakı Gəmiqayırma zavodu" MMC "38M сrew boat" (layihələndirən SNIPTECH, Sinqapur) layihəli yüksəksürətli gəmilərin layihələndirilməsinin texniki müşahidəsi haqqında müqavilə imzalayıblar.
Yeni gəmilər dəniz neft-qaz qurğularına xidmət göstərən
ixtisaslı heyətin daşınması üçün nəzərdə tutulub və bu yaxınlarda
Bakıda tikilmiş tərsanəyə təqdim edilən ilk sifarişlərdən biri
olacaq.
Məlumatda qeyd edilir ki, layihələndirmənin texniki müşahidəsi
haqqında müqavilənin şərtlərinə əsasən, Reyestrin mütəxəssisləri
tikinti zamanı beş gəminin layihələndirmə sənədinə baxacaqlar.
Onlar sənədin RG-nin yeni tələblərinə və digər tətbiq edilən
normativ sənədlərə, həmçinin RG-nin səlahiyyətinə aid beynəlxalq
konvensiya və sazişlərin tələblərinə uyğun gəlib-gəlmədiyini
yoxlayacaqlar.
Yeni gəmilər Azərbaycan donanmasının yenilənməsi üzrə dövlət
proqramı çərçivəsində tikiləcək. Gəmilərin tikintisi 2014-cü ilin
aprel-may aylarında gözlənilir. Sifarişçi qismində ARDNŞ çıxış
edir. Bu növdən 10 gəminin tikilməsi planlaşdırılır.
Gəmiqayırma zavodunun tikintisi üçün ARDNŞ 65%, Azərbaycan
İnvestisiya Şirkəti 25% və Sinqapurun "Keppel" şirkəti isə 10% paya
malik olmaq şərtilə "Bakı Gəmiqayırma Zavodu" MMC müştərək
müəssisəsi yaradılıb.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO