Ekopublika.az
Bakıda qanunsuz reklamların yayımı dayandırıldı
Bakıda qanunsuz reklamların yayımı
dayandırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Musayev Səid Fərhad
oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi,
ev 54, mənzil 4 ünvanında fəaliyyət göstərən mağazada aparılan
yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə
istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Belə ki, mağazanın pəncərələrində "70%-ə qədər endirim" məzmunlu
reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların
qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin
tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı müəyyən
edilib.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan
icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər
nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs Səid Musayev barəsində
qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU