Ekopublika.az
Ölkədə kommersiya obyektlərinin qiyməti ucuzlaşıb - CƏDVƏL
Mart ayı ərzində qeyri-yaşayış sahələri bazarında cari ilin əvvəlki ayları ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması müşahidə edilib.
Bunu Publika.az-a açıqlamasında "MBA Consulting Group"un rəhbəri Nüsrət İbrahimli deyib. O, buna səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərib: “Ümumilikdə, cari ildə son mart ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da ciddi şəkildə azalması baş verib. Fevral ayında ölkədə baş verən devalvasiya nəticəsində mart ayında kommersiya obyektləri bazarında vəziyyət xeyli passivləşib. Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb”.
Ekspert bildirib ki, alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində -5% azalaraq 192 ədəddən 182 ədədə düşüb. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı mart ayında cəmi 75 ədəd təşkil edib: “Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 70%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 14% və 10% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 5.2%-nə malikdir. Zirzəmi təyinatlı obyektlər isə ümumi payın 0.8% -ni təşkil edir”.
N.İbrahimli deyib ki, qeyri-yaşayış obyektlərinin orta sahəsi mart ayı üçün 236.4 kv.m olub. Bu da öz növbəsində ötən aya nisbətən 24% çoxalıb:”Sahənin çoxalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin çoxalması ilə əlaqələndirmək olar”.
Mütəxəssis bаzаrdа qiymətlərdən də söz açıb. O qeyd edib ki, əvvəlki aylarla müqayisədə, cari ilin mart ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən azalma dinamikası, orta qiymətə də öz növbəsində təsir edib: “Mart ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə -15.17% azalaraq 3748 $/kv.m, milli valyuta olan AZN ilə isə 13.56% artaraq 3935 AZN/kv.m təşkil edib. Aktivliyin azalması, obyektlərin satışının ekspozisiya müddətinin artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 188 gün təşkil edib. 2015-ci il mart аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərinin azalması ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа da qiymətlərdə azalma müşаhidə еdilib. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin orta icarə qiyməti 14.35 $/kv.m. ay təşkil edib. Ay üzrə qiymət indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə -20%, ötən fevral ayı ilə müqayisədə isə -15% azalaraq 5.25 bənddə qərarlaşıb”.
Məlum olur ki, qiymətlərin azalması son ayda zonalar üzrə də müşahidə edilib. Aydın səbəblərdən ümumilikdə USD məzənnəsi ilə qiymətlərdə enmə müşahidə edilsə də, milli valyuta olan AZN məzənnəsi ilə isə qiymətlərdə artım qeydə alınıb.
Qеyri-yаşаyış sаhələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:
Zonalar üzrə obyektlərin icarə qiymətlərində AZN məzənnəsi ilə
artım, 11.36%, USD məzənnəsi ilə isə azalma qeydə alınıb,
-16.81%.
İqtisadiyyat şöbəsi
-
Dünya11:12
CHP-də Ebru Gündeş krizi: 69 milyonluq konsert partiyanı bir-birinə vurdu - VİDEO
-
MDB10:06
Şəhərlər qəbiristanlığa çevrilib: Ukraynaya göydən BAXIŞ - ŞOK VİDEO
-
İdman10:00
Tahir Süleymanov AFFA-nı biabır etdi: Azərbaycan futbolunun düşmənləri...
-
Avropa09:54
Avropada Rusiyaya görə kritik vəziyyət: təhlükəsizlik təşkilatı yaradırlar
-
Hadisə09:42
Azərbaycanlı general həbs edildi - VİDEO
-
Sağlamlıq08:24
Bu qidalar beyni tez yaşlandırır - XƏBƏRDARLIQ
-
Sağlamlıq08:00
Yaşıl çay ekstraktı arıqlamağınıza kömək edir?
-
Magazin207:30
Məşhur serial ulduzu izsiz YOXA ÇIXDI