Ekopublika.az
Tikintiyə xərclənən vəsait açıqlandı
Yanvar-may aylarında əsas kapitala 6416,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, istifadə olunan vəsaitin 4151,1 milyon manatı və ya 64,7 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 3791,0 milyon manatını daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 4933,8 milyon manat təşkil edib.
2015-ci ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Ötən beş ay ərzində həmin vəsaitin 1188,2 milyon manatından istifadə edilib.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-may aylarında 723,8 min kvadrat metr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4548 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov” oteli və s. obyektlər istifadəyə verilib.
İqtisadiyyat şöbəsi
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək