Ekopublika.az
Azərbaycandan qeyri-neft məhsullarının ixracı il ərzində 8 faiz artıb
2014-cü ilin yanvar ayında Azərbaycan Respublikasının rezidentləri dünyanın 101 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 46 ölkəyə əmtəə ixrac olunub, 99 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici
ticarət dövriyyəsi iştirakçılarının 39-u Avropa, 17-i Amerika, 34-ü
Asiya ölkələri və digərləridir.
Ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən
3,2 milyard ABŞ dolları, o cümlədən ixrac 2,7 milyard dollar, idxal
isə 535,2 milyon dollar təşkil edib, nəticədə 2,1 milyard dollarlıq
müsbət saldo yaranıb.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz,
meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər,
kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida
məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın,
mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri
və onların hissələri üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar ayı ilə
müqayisədə 8,0 faiz artaraq 119,1 milyon dollar təşkil edib.
/Trend/
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO