Köşə
Təki hər il "Çelsi"dən qol yeyək
Aqil Lətifov
Ötən gecə “Qarabağ” bizə - bütün azarkeşlərə, futbol
ictimaiyyətinə yenə və yeni ilklər yaşatdı. Yaşadığımız hər şey
sözün tam anlamında ilk idi. Həm biz, həm Qurban Qurbanov, həm
komandamızın oyunçuları, həm də jurnalistlər ilk dəfə olaraq bir
klubumuzun Çempionlar Liqasındakı oyununun həyəcanını yaşadı.
“Qarabağ” məhz bu ilkin həyəcanında boğuldu və ali liqada 6 qol
buraxmaqla da adını tarixə qızıl hərflərlə yazdırdı. Yoxsa əsl
“Qarabağ” bu deyildi və ən azında belə səhvlərlə 6 qol
buraxmazdı.
İnanın, “Qarabağ”ın böyükhesablı məğlubiyyətinə heç üzülmədim.
Çünki buralarda futbolun səviyyəsi tam fərqlidir. Məhz belə
komandaların qarşılaşmalarında o fərq çılpaqlığı ilə gözlər önünə
sərilir. Bura o liqadır ki, ən güclü komandalar belə bir-birnə 5-6
top fərqi ilə qalib gəlməkdə çətinlik çəkmir. Odur ki, 6 topa
üzülmək yerinə “Qarabağ”ın bəzi komandalar kimi qorxub arxada
oturmamasına, cəsur oyununa, futbol oynamağa çalışmasına sevinmək
lazımdır. Şübhəsiz ki, bu, gələcək adına ümidvericidir.
Amma pis olmadım desəm, yanlış olar. Çünki “Qarabağ”ın buraxdığı 6
qol bunlar olmamalı idi. Bütün qollar məhz yanlış seçim, yanlış
mövqe nəticəsində qapımıza vuruldu. Demək ki, bu səviyyələrdəki
matçlar üçün tam fərqli şəkildə hazırlıqlı olmaq lazımdır.
Sözün açığı, “Qarabağ”ın minimum 5, maksimum 8 qol buraxacağını
gözləyirdim. Çünki ora tam başqa bir arena, elit səviyyədir. Və
orada ani diqqətsizliyə, ləngliyə, gec düşünməyə o dəqiqə cəza
kəsirlər. Necə ki, “Qarabağ”ın bütün qolları məhz bu
diqqətsizliyinin, gec düşünməsinin, yanlış seçimlər etməsinin
nəticəsində yarandı. Buna bir sözüm yox, çünki bütün bunlar
oralarda oynanmadan, saysız-hesabsız qol buraxmadan düzələcək
şeylər deyil. Davamlı olaraq o səviyyələrdə oynmalısan ki, qismən
də olsa, böyük komandaların yanında çox cılız görünməyəsən. Dünənki
“Qarabağ” kimi...
Bəli, indiyədək oynadığı oyunlarda “Qarabağ” bizə çox böyük
görünürdü, amma dünən gördük ki, komandamızın böyüməsi üçün hələ
qət edəcək yolu çoxdur. Səviyyə fərqi, ali liqada oynamağın tam
başqa bir dünya olduğunu aşkar şəkildə bir daha gördük. Amma qəti
üzülməyə dəyməz. Çünki “Qarabağ” düz yoldadır və bu gedişlə bizə
hələ çox ilklər yaşadacaq.
Şübhəsiz ki, böyüklərdən təpik, şillə, yumruq yemədən heç vaxt
böyüyə bilməzsən. Əgər böyük komanda olmaq istəyirsənsə, buna hazır
olmalı, gördüklərindən, yediklərindən nəticə çıxarmalısan. Necə ki,
qardaş türk komandaları bu yolla böyüyüb Avropada söz sahibi oldu.
“Qalatsaray” məhz illər öncə “Çelsi”yə 5-0 uduzduqdan sonra
Avropanın ən böyüyü olaraq, köklü komandaları bir-bir diz çökdürdü.
Necə ki, “Qarabağ” artıq bu yolda irəliləyir. Daha öncə
“Tvente”lərə, uduzan komandamız artıq, “Çelsi”lərlə, “Roma”larla
bərabər meydanı paylaşır. Əgər əvvələr komandalarımız Lüksemburq,
Norveç, İsveç, Yunanıstan kimi ölkələrin klublarından 5
yeyirdilərsə, indi bu adlar İngiltərə, İtaliya, İspaniya, Almaniya
ilə əvəzlənib. Əslində fərq burada yatır. Yəni komandamız artıq ən
güclülərlə başa-baş getməyə can atır. Məhz mən hər il komandamızın
“Çelsi”lərdən, “Barselona”lardan qol buraxmasını istəyirəm. Çünki
inkişafımız oradadır...
Qəti ruhdan düşmək olmaz və bu yolda indiyədək olduğu kimi əzmlə
davam etmək lazımdır. İnanıram ki, növbəti oyunlarda “Qarabağ” ilk
oyunun həyəcanını üzərində ataraq Azərbaycanı layiqlə təmsil
edəcək.
Təşəkkürlər “Qarabağ” bizə bu sevinci, ilkləri yaşatdığın üçün.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI