Köşə
İlham Əliyevdən inanılmaz addım
Aqil Lətifov
30 il idi ki, başımızda papaq görənlər bizə gülürdü.
30 il idi ki, qamətimizi dik tutub yeriyə bilmirdik.
30 il idi ki, ermənilər yaramıza basaraq gəzir, qan axan yaramızın üzərində rəqslər edərək bizi alçaldır, can evimizi paramparça edirdilər.
30 il idi ki, öz evimizə heç qonaq qismində də boylana bilmirdik.
30 il idi ki, qəbirlərimiz sahibsiz, insanlarımız məzarsız, məzarlardakı atalarımız, analarımız, bacı-qardaşlarımız, övlad və bablarımız kimsəsiz qalmışdı.
30 il idi ki, qaysağ bağlamamış, qan axan yaralarımıza görə rahat uyuya bilmirdik.
30 il idi ki, yuxuya gedən kimi oradakı kimsəsiz, təhqir olunmuş qəbirlərdə uyuyan, məzarı olmayan yerlərdə yatan sahibsiz cəsədlərimiz bizi səsləyirdi.
30 illik səssizliyimizə görə artıq onlar da bizdən əlini üzmüşdü. Ta ki, sentyabrın 27-də Ali Baş Komandan bizə rahat yuxu daddırandək. Sanki biz xalq olaraq bu tarixdə şirin röyaya getdik və 44 gün ərzində yatdığımız yuxudan 200 il sonra Şuşada ayıldıq. Əslində ayılmadıq, 200 illlik ağrı, acı, dəhşət dolu yuxudan bizi İlham Əliyev ayıltdı.
Bəli, tam 200 il
Bəli, məhz bunlar yuxuda yaşanacaq dəhşətlərdir, amma bizə bunu gerçək həyatda yaşadıblar. Bəlkə də son 200 ildə yaşadıqlarımız yer üzündə heç bir xalqın başına gəlməyib. Nəinki gerçək həyatda, heç yuxuda da...
İnanın heç bir xalq bu ağrı-acıya, bu dəhşətlərə, bu işgəncələrə heç yuxuda da dözə bilməzdi, yox olardı, lakin biz dözdük, böyük zəfərlər, bu günlər üçün səbir etdik.
Böyük bir dünyadan bir ovuca qədər kiçildik, qəlb evimizdən vurulduq, amma yox olmadıq, var olduq, küllərimizdən yenidən doğulduq.
Bu 200 ildə başımıza nələr gəlmədi ki... 200 il idi ki, bizim qürurumuz tapdanırdı. O qədər əyildik ki... o qədər sındıq ki... o qədər itirdik ki... o qədər kiçildik ki... o həddə alçaldıq ki... gələn də bir şapalağ vurdu, gedən də. Hətta əsgərimizin əlindən silahı alınacaq həddə kiçik düşürüldük...
Lakin əlindən silahı alınan o əsgər bir səhərə gözlərini torpağımızı işğaldan azad etməklə açdı.
O gecənin, o səhərin memarı İlham Əliyev idi. O memar ki, 17 il idi öz sənət əsəri üzərində incəliyi ilə işləyirdi...
O memar ki, 17 il ərzində əsərini yox etmək üçün çox sayda cəhdlərə sinə gərdi, səbirlə, təmkinlə işinə davam etdi...
O memar ki, 17 il ərzində öz əsərini tamamlamaq üçün çox “aslanın”, çox “tülkünün” “əsərini” tarixin qaranlıq arxivinə göndərdi...
O, memar ki, 17 il ərzində hörümçək toru kimi, ətrafını saran dili, dini, mahiyyəti bəlli olan düşmənimizdən belə daha təhlükəli satqınlarından dövlətimizi arındırdı...
O memar ki, yüz illər ərzində itirilmiş mənəviyyatımıza, itirilmiş duyğularımıza, əzik, məğlub yerimizə, son 30 il ərzində başımıza qaxınc olan yaşanmışlara, yox olmaq üzrə olan milli duyğularımıza 44 gündə məlhəm oldu, sağaltdı, bərpa etdi, xalqın qürurunu özünə qaytardı...
O memar ki, yüz illər ərzində itirən xalqı qazanan, məğlub xalqı qalib xalqa çevirdi, gücümüzü dosta, düşmənə - hər kəsə göstərdi, dünyadakı yerimizi ucalardan ucaya qaldırdı.
Bəli, məhz 200 il sonra biz Əliyevlə qazandıq və qalibiyyət duyğularının nə olduğunu Onunla yaşadıq. Bu zəfərin canlı şahidi, iştirakçısı olmaq belə böyük bir şərəf...
Mən bu zəfəri tariximizin ən üst qatına qoyuram. Doğrudur, Xətainin, Şah Abbasın, Nadir şahın Azərbaycanı daha böyük ərazilərdə olub, bu sərkərdələr daha böyük torpaqlara hökm ediblər, itirilmiş bütün Azərbaycan torpaqlarını geri qaytarıblar. Ancaq zaman, məkan, dövrün reallıqlarını, super dövlətləri, atom güclərini nəzərə aldıqda mənzərə tam fərqli məcraya yönəlir. Çünki qarşımızda Ermənistan deyil, onun vəkilləri Rusiya, ABŞ, Fransa, İran var. Öz əzəli torpağımız olsa belə biz Qarabağı sanki Rusiyadan, ABŞ-dan, Fransadan aldıq. Və bu güclərin 200 illik planlarını 44 gündə yox etdik. Hansı ki, bu plan bizi – türkləri bu torpaqlardan əzəli və əbədi yurdumuzdan silib Xəzərə atmaqdı. Buna görə də bu qələbə bütün dünyanı heyrətdə qoyan daha möhtəşəm, düşmənlərimizin belə etiraf etdiyi tam qələbə, düşmənimizin qeyd-şərtsiz təslim olmasıdır.
Bir ovuc olsaq da İlham Əliyevin çox dəqiq, yerində və böyük addımları ilə çox böyüdük, 50 milyondan milyardlıq xalqa, gücə çevrildik, super güclərə sinə gərdik, onlara qarşı savaşdıq, onların 30 il ərzində Qarabağa topladığı bütün silahları, bütün istehkamları, bütün tələləri 44 gündə yerlə-yeksan etdik.
Bunu İlham Əliyev bacardı, bunu İlham Əliyevin bu müqəddəs yola çıxarkən, güc aldığı xalqın inamı bacardı, bunu “bir oğlum döyüşür, o birini də göndərəcəm” deyən ananın Vətəni uğrunda öləcək qədər sevən Baş Komandanına tərəddüdsüz etibarı bacardı...
O Baş Komandan ki, beynəlxalq aləmin aramsız basqı və təzyiqlərinə rəğmən müqəddəs mübarizəmizdən bir addım belə geri durmadı...
Heç kəsin xəyal etməyəcəyi, yuxuda belə görməyəcəyi bu qələbə bir anda gerçək oldu, bir anda Qarabağ problemi çözüldü, bir anda Azərbaycan bütövləşdi, birləşdi, bir anda türk dünyası ilə böyük güclərin kəsdiyi quru əlaqəsi bərpa olundu, bir anda Oğuz atanın pərən-pərən salınmış övladları yüz illər sonra birləşdi.
İlham Əliyev bizə təkcə döyüş meydanında zəfər qazandırmadı, bu, qələbənin ötəsində bir tarixi xidmət. Lakin hələ ki, biz şirin yuxudayıq, tam olaraq nə olduğunu, necə olduğunu anlamırıq, zaman bunun tariximizin necə bir şanlı səhifə olduğunu bütün dünyaya göstərəcək. Bəli, məhz İlham Əliyevin xalqın oyanış hərəkatı ilə təkcə Azərbaycana deyil, türk dünyasına necə misilsiz xidmət göstərdiyini zamanla dərk edəcəyik.
Amma indi apaydın görünən bir şey var: İlham Əliyev bu 44 günlə təkcə Azərbaycanın liderindən bütün türk dünyasının liderinə çevrildi. 44 gün əvvələdək qüruru tapdanmış, heysiyyatı oynanılmış Azərbaycan vətəndaşını isə fəxarətlə “mən azərbaycanlıyam” deyəcək kişiliyə büründürdü. Məhz indi hər kəs başına papağını qoya bilər, indi hər kəs mən azərbaycanlıyam, mən türk oğlu türkəm deyə bilər.
İlham Əliyev bizi – yatan aslanı ayıltdı, özümüzə gətirdi, bir yumruq ətrafında birləşdirdi, Böyük, Uca millət olduğumuzu yenidən xatırlatdı, zəkamıza yeritdi, hər çıxışı, mesajı ilə xalqı diri tutdu, birləşdirdi, gələcək üçün hazırladı. Xatırladıq ki, genlərimizdə yer alan ucalıq yüz illər boyu əyilə bilər, lakin heç zaman sına, yox ola bilməz. Yetər ki, başımızın üstündə Vətən üçün, xalq üçün, müqəddəs amallarımız üçün vuruşan belə sərkərdəmiz olsun. İnanın ki, bu qələbə bizə gələcəkdə daha böyük zəfərləri qazandıracaq təməlləri atdı, bir gün bütün tarixi torpaqlarımızı niyə əsl sahibinə qayıtmasın ki...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI