Köşə
Kölgəsində öpüşdüyümüz ağaclar...
Kəramət Böyükçöl
Sevgi baş qatmaq üçün ən gözəl oyundur. Özü də soyuq havalarda sevməyin ayrı ləzzəti var. Hər şeyi təbiət hadisəsi kimi yaşayırsan. Göy kimi guruldayırsan, şimşək kimi çaxırsan. Yağış kimi hara gəldi yağırsan, külək kimi hara gəldi əsirsən... Ağlın olmur, ona görə də əzab çəkmirsən. Dolların qiyməti qalxdı, necə qalxdı, nə cür qalxdı, kim qaldırdı, nə üçün qaldırdı, səni maraqlandırmır, düşündürmür...
Sevməsən, saçını da daramazsan. Sevməsən, hamama da girməzsən, yuyunmazsan. Adama sual verərlər, sevmirsənsə, evdə güzgü nəyə lazımdır, daraq nəyə lazımdır, bunlara niyə xərc çəkirsən? Sevmirsənsə, boş-boşuna hər ay niyə qazpulu verirsən? Sevirsən, darıxırsan, hər gün saçını darayırsan, yorulursan. Gündüzlər gözləyirsən, gecələr telefonla danışırsan, mesajlaşırsan, başın qarışır. Bir də gözünü açırsan ki, ömürün çoxu gedib, azı qalıb. Beləcə ömür dediyin əzabdan xilas olursan, canın qurtarır.
Həmişə uzaq səfərlərə çıxanda darıxmayım deyə yolun kənarında işıq dirəklərini sayıram. İşıq dirəkləri qurtarır, sonra ağacları saymağa başlayıram. Ağaclar da qurtarandan sonra avtobusdakı adamları sayıram. Sonra o adamları pula çevirirəm, sürücünün qazancını hesablayıram. Bir də gözümü açıram ki, mənzil başındayam. İlahi, balaca bir yolu gedib axıra çıxa bilmirsən, ürəyin partlayır, səbrin daralır. Bəs uzun bir ömrün sonuna sevgisiz necə gedib çıxasan?
Doğrudan da sevəndə ömür səni yormur, hər şey tez qurtarır. Bəzən sevgini mənasızlaşdırmaq üçün onu müxtəlif şeylərlə əvəzləyirlər, ora-bura yozurlar. Guya əsl sevgi tanrı sevgisidir. Guya əsl sevgi həyata sevgidir, quşa, ağaca, təbiətə sevgidir. Bunların hamısı boş-boş şeylərdir. Bu sevgilərin heç biri insanı sonacan yaşatmır, yarı yolda qoyur, işlərin ala-yarımçıq qalır.
Əsl sevgi qadına sevgidir. Çünki qadından başqa heç bir sevgi adamın canını ağrıtmır. Ağrı necə gözəldir. Ağrılarınızın qədrini bilin! Sevirsən, əlin, qolun, sinən sızıldayır. Sonra unudursan, canında ağrıları qalır və uzun müddət o ağrıların hesabına yaşayırsan. Ağrın bədənin bir hissəsinə çevrilir. Hər gecə ağrılarını əzizləyirsən, üşüyürsən, yorğana bürünürsən, yastığı qucaqlayırsan... Yata bilmirsən, yerindən qalxırsan, siqaret çəkirsən, təzədən öz məzarına girirsən, yorğanı üstünə çəkirsən...
Aylar ötür, illər keçir, bir gün isə baxırsan ki, canında ağrı yoxdur. O ağrını canında gəzməyə başlayırsan, tapmayanda həyəcanlanırsan, başına hava gəlir. Axı ağrısız can nəyə lazımdır? Hər gecə rahat yatmaqmı olar? Axı gecələr yatmaq üçün deyil. Yerindən dörd-beş dəfə qalxıb üşüyə-üşüyə siqaret çəkməyəcəksənsə, o gecələr nəyə lazımdır? Onunla gəzdiyin yerlərdən bir də keçməyəcəksənsə, onunla oturduğun restoranlara bir də getməyəcəksənsə, kölgəsində öpüşdüyünüz ağaclara uzaqdan həsrətlə baxmayacaqsansa, sevişdiyiniz saunalara təkcə getməyəcəksənsə, birlikdə oturduğunuz skamyalar gözünü zilləyib başını yavaşca yelləməyəcəksənsə, bu ömür nəyə lazımdır? Belə həyatmı olar?
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?









.jpg)



.jpg)








.jpg)






.jpg)


