Köşə
Mənim kədərsiz marallarım...
Kəramət Böyükçöl
Yadınızdadırsa tanınmış azərbaycanlı müğənni Maral Tahirqızı Cinayət Məcəlləsinin təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsilə təqsirli bilinib, üç il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu günlərdə isə həbsxanadan çıxdı. Maral xanım həbs olunanda sosial şəbəkələr onun haqqında xeyli yazmışdı. Azadlığa çıxması da cəmiyyətdə əməlli-başlı müzakirə mövzusu oldu.
Bir haşiyəyə çıxmaq istəyirəm. Binəqədi rayonunda yanan binanı yadımıza salaq. Təxminən, həmin ərəfələr idi, baş vermiş yanğında həyatını itirən insanların faciəsi haqqında düşünə-düşünə evə gəlirdim. Küçəmizin başında isə iki nəfər söhbət edirdi. İkisini də çoxdan tanıyıram, özü də qohumlarımdır, ev alqı-satqısı ilə məşğul olurlar. Təsadüfən, eşitdim ki, biri o birisinə deyir ki, binanın yanması həyət evlərinin qiymətini avtomatik yuxarı qaldırır. Heç kəs binada qalmaq istəmir. Ona görə də əlimizdə olan həyət evlərini hansı qiymətə desək, məcbur olub alacaqlar.
Bunu nə üçün dedim? Mənim düşüncəmə görə əsl maral bu iki nəfərdir. Nə olsun bu sözlərinə görə onları həbs eləmirlər? Nə olsun qanunlar məsələnin mahiyyətinə deyil, həmişə zahiri tərəfinə cinayət işi açır? Və cəmiyyətimizdə bu iki nəfərin düşüncəsində, əxlaqında və mənəviyyatında olan maral azdırmı? Bir Xudayar bəyi ifşa etməklə iş düzəlmədiyi kimi bir maralın həbsilə sizə elə gəlir ki, cəmiyyət islahmı olacaq? Minlərlə manat rüşvət verib öz uşağını universitetə qoyan, minlərlə pul verib uşağın imtahanını həll edən, sonra yüz minlərlə xərc çəkib həmin uşağı işə qoyan ata, əslində, maral deyilmi?
Yaxud, ədəbiyyatımızda, mətbuatımızda, şou biznesdə, universitetlərdə, məktəblərdə, xəstəxanalarda, televiziyalarda da marallar baş alıb getmirmi? Bu maralları yetişdirən kimdir, nədir, bilmirəm. Dəqiq bildiyimsə odur ki, əsl maralların azadlıqda kef sürdüyü bir zəmanədə mənim üçün Maral Tahirqızı günahsız Allah bəndəsi olaraq qalacaq!
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
































